Ana səhifə / Cəmiyyət / Odessa azərbaycanlılarından Azərbaycan ordusuna dəstək!

Odessa azərbaycanlılarından Azərbaycan ordusuna dəstək!

Sentyabrın 27-dən başlayan Vətən Müharibəsi fonunda yalnız ölkə daxilindəki vətəndaşlarımızın deyil, Azərbaycandan kənardakı soydaşlarımızın da ordumuza ciddi dəstək verdiyi, əsgərlərimiz, dövlətimizlə həmrəylik sərgilədiyi müşahidə edilməkdədir.

Şanlı Azərbaycan ordusuna daha bir dəstək Odessa azərbaycanlıları və Ukrayna Azərbaycanlıları Konqresinun Odessa Vilayət Təşkilatı tərəfindən göstərilib. Odessadakı soydaşlarımızın yığdığı vəsait hesabına alınan ərzaq və qeyri-ərzaq məhsulları ordumuza təqdim edilib.

Kampaniya ilə bağlı maraqlı nüanslardan biri də orduya dəstək kampaniyasında azyaşlıların da həvəslə iştirakı ilə bağlıdır. Belə ki, kampaniya əsnasında Azərbaycan ordusu ilə həmrəylıik sərgiləyən soydaşlarımızdan biri də 9 yaşlı Əlimurad Tağıyev olub. Hansı ki, bu faktın özü uşaqlı-böyüklü xaricdəki bütün soydaşlarımızın Azərbaycan ordusunun, Azərbaycan dövlətinin yanında olduğunu göstərir.

Odessa azərbaycanlılarının orduya dəstəyini əks etdirən bəzi fotoları oxucularımıza təqdim edirik. Moderator.az

Həmçinin oxuyun

“Aygün Bəylərin ev-muzeyinə ehtiyac yoxdur” – Cavanşir Quliyev

“Əməkdar artist Aygün Bəylərin ev-muzeyinə ehtiyac yoxdur”. Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, bəstəkar …