Ana səhifə / Cəbhə Xəbərləri (səhifə 84)

Cəbhə Xəbərləri

Şəhid general-mayor Polad Həşimovla vida mərasimi keçirilib – FOTO

İyulun 13-dən 14-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərən düşmənlə şiddətli döyüşlər zamanı şəhid olan Azərbaycan Ordusunun general-mayoru, 1975-ci il təvəllüdlü Polad Həşimovun nəşi dünən doğulduğu Qəbələ rayonuna gətirilib. Şəhidin cənazəsi ata ocağında böyük coşqu ilə qarşılanıb. …

Ətraflı oxu »

Ermənistan daha 2 hərbçisinin öldüyünü açıqladı

Ermənistan rəhbərliyi daha iki hərbçinin Azərbaycan ordusu tərəfindən məhv edildiyi barədə xəbər yayıb. Bu barədə Musavat.com erməni mediasına istinadən xəbər verir. İrəvan etiraf edib ki, gün ərzində itkilərinin sayı 4-ə çatıb. Məlumata görə, kiçik serjant Qrişa Matevosyan və serjant Smbat Qabrielyan məhv edilib. Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan …

Ətraflı oxu »

“Düşmənə sarsıdıcı zərbələr endirilib” – Kərim Vəliyev

“Son iki sutka ərazində düşmənə sarsıdıcı atəş zərbələri endirilib”. Bunu Azərbaycan Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib. Nazir müavini bildirib ki, düşmənin yüzə qədər canlı qüvvəsi məhv edilib, çoxlu sayda döyüş texnikası, mühüm hərbi obyektləri darmadağın olunub. “Vətəndaşları əmin edirəm ki, şəhidlərimizin və yaralılarımızın qanı yerdə qalmayacaq”. Azvision.az

Ətraflı oxu »

Düşmənə məxsus PUA vuruldu, döyüş heyəti məhv edildi

Bu dəqiqələrdə Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib. Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib. Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələrinə məxsus növbəti PUA-nın guya vurulması barədə yayılan məlumata gəldikdə …

Ətraflı oxu »

DÜŞMƏNİN DƏRİNLİKDƏKİ MÖVQELƏRİ DƏ VURULUR – MN yeni görüntüləri yaydı (VİDEO)

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar …

Ətraflı oxu »

Erməni təxribatı zamanı 76 yaşlı mülki şəxs vəfat etdi

Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub.  “Qafqazinfo” xəbər verir ki, həmin şəxs Tovuz rayonunun Ağdam kənd sakini 1944-cü il təvəllüdlü (76 yaş) Əzizov Əziz İzzət oğludur.  Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni faşizminin və barbarlığının əyani təzahürüdür. Bundan …

Ətraflı oxu »

Azərbaycan ordusunun generalı şəhid oldu

“İyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində şiddətli döyüşlər davam edib. İki sutka ərzində düşmənə sarsıdıcı döyüş zərbələri endirilib. Düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası və mühüm obyektləri məhv edilib”.   “ Azinforum.az ” ın APA-ya istinadən məlumatına görə bu barədə jurnalistlərə açıqlamasında müdafiə nazirinin müavini, general-leytenant …

Ətraflı oxu »

Cəbhədə yenidən atışma başlayıb

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-də səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı AZƏRTAC-a bildirib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.

Ətraflı oxu »