Bazar ertəsi , May 20 2024
Ana səhifə / Cəbhə Xəbərləri (səhifə 168)

Cəbhə Xəbərləri

Əli Həsənov, qaytar mənim pullarımı!

Mən, bir məcburi köçkünəm – 1993-cü ildən. Ötən dövr ərzində dövlətin verdiyi aylıq «çörək pulu»ndan savayı maddi yardım qismində bircə kibrit çöpü də görməmişəm. Amma illər uzunu ordan-burdan eşidirdim, qəzetlərdən oxuyurdum ki, o dövlət, bu dövlət, o beynəlxalq təşkilat, bu beynəlxalq təşkilat… Azərbaycan qaçqınlarına, köçkünlərinə milyonlarla (toplam – milyardlarla) dəyərində …

Ətraflı oxu »

Baş nazirin müavini Əli Həsənovun xətaları

Tanınmış araşdırmaçı – jurnalist, haqqın.az və virtualaz.org saytlarının sahibi Eynulla Fətullayev Facebookda bir yazı ilə çıxış edib. Azinforum.az  mövzunun aktuallığını və yazıdakı fikirlərin vacibliyini nəzərər alaraq, həmin statusu oxucularının müzakirəsinə təqdim edir: ** Bəziləri, baş nazirin müavini Əli Həsənovu nəvəsinə Azərbaycanlı sıravisi üçün fantastik qiymətə avtomobil aldığına görə ittiham edir. …

Ətraflı oxu »

Aytənin sirri

Zərdab rayonundakı kasıb bir ailənin qızı olan Aytən Şirinovanın əhvalatından müxtəlif nəticələr çıxarmaq olar. Bu hadisə Azərbaycan insanlarının yardımsevərliyini, sosial şəbəkənin təsir imkanlarını bir daha ortaya qoydu. Amma hazırda mənə işin tamam başqa tərəfi maraqlıdır. Fikir verin: Hətta dərslik almağa pulu olmayan bir qız, qohumdan-tanışdan xahiş-minnətlə test kitabları əldə edib. …

Ətraflı oxu »

İqbal müəllim və toyuqlar

Yaz aylarında deputatxanada deputatın etik davranış qaydaları haqda qanun müzakirəyə çıxarılmışdı, hətta bəzi orda düyməgəzdirən yoldaşların yüngülvari etirazına səbəb olmuşdu. Həmin qanun deputatların əlindən mandatı almaq fürsətlərini genişləndirirdi. Hansısa təhqir elədin – mandat uçdu. Seçicidən 60 manat borc aldın – yenə qovuldun. Bu cür gülməli şeylər vardı təzə qanunda. Sən …

Ətraflı oxu »

Ev alan və ala bilməyən jurnalistlərin hamısı susdu… – Şamxal İbrahimov

Bir neçə gün bundan öncə mətbuatımızın 142-ci yaşında ölkə prezidenti 255 jurnalistə göstərdiyi xidmətlər müqabilində ev bağışladı. Sözün düzü çox sevindirici idi. Tədbir zamanı minnətdarlıq eləyənlər də oldu, prezidentlə şəkil çəkdirənlər də. Hadisədən təsirlənib sosial medyada status paylaşanlar da. Təbii ki, hamı razı qala bilməzdi. Ev iddiasında olub ala bilməyənlərin …

Ətraflı oxu »

 Dövlət niyə jurnalistə ev verməlidir? – Azər HƏSRƏT 

Biz dövlətdən istədik. İstəyimizi dilə gətirdik ki, problemimizi həll elə. Bu, bizim haqqımız idi. Çünki dövlət bizim dövlətimizdir və vətəndaşına sahib çıxması tam təbii bir haldır. Jurnalist aləmində hər kəs xatırlayır yəqin. İllər öncə öz aramızda toplantılar keçirib media əhlinin sosial problemlərinin həlli üçün yollar axtarırdıq. Təkliflərimiz mediada boy verərdi, …

Ətraflı oxu »

“Lələ Təpə” şirniyyat evinə şirinlik qatan insanlar – Könül Quliyeva

Çoxları kimi mən də istənilən bir ticarət, iaşə və xidmət sahəsinə daxil olarkən ilk növbədə onun adını oxuyuram. Hara və nə üçün daxil olduğumu yəqin etdikdən sonra qərar verirəm. Bəzən isə məhz adlar diqqətimi çəkdiyi üçün həmin yerlə maraqlanıram. Doğrudur, insanlarda olduğu kimi obyektlərində üzərindəki adlar həmişə onlar haqqında dolğun …

Ətraflı oxu »

Tərtəri heç siz də sevmədiniz… – Kənan RÖVŞƏNOĞLU

2000-ci illərin əvvəlləri idi. Bakıda, Nizami rayonunda kirayədə qalırdıq. Blokumuzun qarşısında Qarabağ müharibəsi şəhidinin şəkli ilə düzəldilmiş bulaq bardı, əslində ona su kranı da demək olardı. Eşitmişdik ki, bu binanın sakini imiş, gənc yaşda Qarabağda şəhid olub. Yaşlı bir kişi vardı, şəhidin atası, ara-sıra həyətdə qarşımıza da çıxırdı. Bir gün …

Ətraflı oxu »

Cəvizə həsrət qarğalar… – Ülvi Hüseynli

Dağ kəndlərində hər fəsil kimi yaz da bir başqa olur. Söz vaxtına çəkər. 10 yaşım olardı, kəndimizə yaz fəsli həmişəki kimi arandan 20 gün sonra qədəm qoymuşdu. Bir tərəfdən qışın qəddini təzəcə qıran günəş isti şəfəqləri ilə təbiəti oyatmağa tələsir, bir tərəfdən isə dağların hörükləri kimi uzanan, əriyən qarın qol-qanad …

Ətraflı oxu »

Ölkəni fındıqburun qızlar bürüyüb

  Bu hadisəni mənə bir həkim danışdı. Lap əvvəldən danışım. Eybəcər qız banklardan birinə gedərək kreditə 1000 manat pul götürüb. Onu xərcləməyib. Biznes qurmaq üçün də bu məbləğ azdır deyə ilk ideyasınının üstündə dayanıb. İdeya belə olub: “Mən gözəlləşməsəm, bu həyatda heç nəyə nail ola bilməyəcəyəm”. Və ilkin addımlarını atıb. …

Ətraflı oxu »