Bazar ertəsi , May 20 2024
Ana səhifə / Cəbhə Xəbərləri (səhifə 169)

Cəbhə Xəbərləri

Qarnınız qədər başınızın haqqında da düşünsəniz – Aysel Əlizadə

Marketlərimizdə həmişə basabas olur. Restoranlarda yer tapılmır. Elə ki yay gəldi, bir istirahət mərəzində gecələməyə otaq qalmır. Ömrü boyu da yoxsulluqdan şikayət edirik. Mən üsyandan öncə Misirdə olmuşdum. Qahirənin mərkəzində bir dənə sağlam inomarka tapmazdız. O sınıq-salxaq maşınları biz özümüzə yaraşdırıb sürmərik. Mən başa düşürəm ki, ölkədə vəziyyət yaxşı deyil. …

Ətraflı oxu »

“Alayarımçıq müxbirlər”in cəviz sevdası – Sahil Tahirli yazır

Dəsgahdı vallah… Bu sosial şəbəkələr çoxlarını “analitik”, “politoloq”, “təhlilçi”, “falabaxan”, “qəzəlxan”, “mərsiyəxan”, “masabəyi” və sair və ilaxır edib. Əlinə telefon alan nə gəldi çəkir, yazır, şərh edir, moizə oxuyur, bir sözlə, min oyundan çıxır. Düzdür, dövrümüzdə sosial şəbəkələrdən bacarıqla istifadə edən, lazımi informasiya alan, ağıllı təbliğat işi aparanlar da yetəri …

Ətraflı oxu »

Qarabağ problemində 5 rayon illüziyası… – Qulu MƏHƏRRƏMLİ

Qarabağ danışıqlarında Rusiyanı əvvəldən Minsk qrupunda təmsil etmiş Vladimir Kazimirov, yəqin ki, çoxlarının yadındadır. Ona bu problem barədə sual verəndə adam işgüzar görkəm alıb o qədər uzun, yayğın və mənasız danışırdı ki, lap bezirdin. Kazimirovu xatırlayanda indi də onun üçün dəfələrlə mikrofon saxlamış biləklərim gizildəyir. Nə qədər sözünü kəsirdin, nə …

Ətraflı oxu »

“Məni öldürmədiyin üçün sənə təşəkkür edirəm!”

Məmməd Araz küçəsi ilə mərkəzi prospektə doğru irəliləyərkən yanımdan qara rəngli bir “Gelandewagen” keçdi. Maşının uzaqlaşmasına imkan verməyib, sürücüyə əl elədim. Bu jestimi güzgüdə görən oğlan dərhal əyləci basdı. Almaniya istehsalı olan bu nəhəng maşına yaxınlaşanda, sükan arxasında əyləşmiş gənc şüşəni aşağı endirib, ədəblə salam verdi. Onun salamını alsam da, …

Ətraflı oxu »

Vicdanını pula satan nadanlar… – Sahil Tahirli

Qədim yunan müdriki Sinoplu Diogen günün-günortaçağı əlində lampa ilə dolaşan zaman ondan nə axtardığını soruşanlara “İnsan axtarıram”, – deyə cavab verir. Dostlar, bu həmin Diogen idi ki, o, bir gün şəhərin mərkəzində moizə deməyə başlayır. Ancaq kimsə ona qulaq asmır. Bunu görən filosof quş kimi cikkildəyir. Bundan sonra ətrafına xeyli …

Ətraflı oxu »

Tramp uydurma “erməni genosidini” əslində tanıdı, inanmırsız?

Ziyanlı 24 aprel ənənəsindən imtina olunacağını gözləyirdik, lakin… Bütün türk dünyasında olduğu kimi, biz azərbaycanlılar da aprelin 24-də sevindik ki, prezident Tramp ABŞ prezidentlərinin ənənəvi 24 aprel bəyanatında “erməni genosidi” ifadəsini işlətmədi. Əcəb sevinc və qürur mənbəyi tapmışıq. Bu sevincə onunla haqq qazandırırıq ki, cənab Tramp ermənilərin gözləntisini gözlərində qoydu …

Ətraflı oxu »

Mən niyə oğluma 400 manata velosiped ala bilmirəm?

Bu günlərdə çox pərişanam. Həm də çox pərişan. Qızının 400 min manatlıq toy söhbəti ilə dilə-dişə düşən ölkənin baş liftçisi də heç mənim qədər pərişan deyil. Onun nə vecinə? Bu dedi-qoduların sonunda  uzaqbaşı işini itirəcək. Amma qazandıqları əminəm ki, itirdiyindən, və yaxud itirəcəyindən qat qat çoxdur. Bir toya yarım milyon …

Ətraflı oxu »

Məmməd Əmin Rəsulzadə, yoxsa Heydər Əliyev?

Mən sosial psixologiyanın əskidən qalmış ”Belə danışsam, belə etsəm – nə deyərlər” xofunu heç vaxt yaxına buraxmadım. Hər zaman düşündüyümü ifadə etdim, yazdım və tərəddüd göstərmədən müvafiq addımlar atdım. Prinsipial məqamlarda, həlledici siyasi dönəmlərdə seyrçi olmaq əxlaqıma və təbiətimə yaddır. Söhbət fövqəladə ciddidir: Müxtəlif dövrlədə, fərqli mühitdə fəaliyyət göstərmiş tarixi …

Ətraflı oxu »

Toylarda yeni dəb – dəhşətin o biri üzü

Bir neçə il bundan öncə Parisdə bir dostumuzun toyunda iştirak etmişdim. Toy olduqca şıq, amma bir o qədər də sadə bir gəmidə, təxminən 100 nəfərin iştirakı ilə baş tutmuşdu. Bir neçə çeşid yemək, İsveç masası, xəfif musiqi, ardınca Azərbaycan rəqs havaları, diskoteka. Ömrüm boyu heç bir toyda o qədər əylənməmişdim… …

Ətraflı oxu »

“Jurnalist səndən almasın, o birindən almasın, bəs neyləsin?” – Asif MƏRZİLİ

…Bu günlərdə Facebook səhifəmdə jurnalistikamızın başı üzərində dolaşan bir problem barədə status yazmışdım. Olduqca ciddi rezonans doğurdu, çoxsaylı jurnalistlər, tanınmış yazarlar bu statusda qoyulan məsələyə birmənalı olaraq münasibət bildirmişdilər… Bu gün isə tanınmış jurnalistlərdən biri, uzun illərdir peşəkar fəaliyyətlə məşğul olan dostum başına gələn bir məsələdən ürək ağrısı ilə danışdı və məndən aşağıda bəhs edəcəyim …

Ətraflı oxu »