Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Ev alan və ala bilməyən jurnalistlərin hamısı susdu… – Şamxal İbrahimov

Ev alan və ala bilməyən jurnalistlərin hamısı susdu… – Şamxal İbrahimov

Bir neçə gün bundan öncə mətbuatımızın 142-ci yaşında ölkə prezidenti 255 jurnalistə göstərdiyi xidmətlər müqabilində ev bağışladı. Sözün düzü çox sevindirici idi. Tədbir zamanı minnətdarlıq eləyənlər də oldu, prezidentlə şəkil çəkdirənlər də. Hadisədən təsirlənib sosial medyada status paylaşanlar da. Təbii ki, hamı razı qala bilməzdi. Ev iddiasında olub ala bilməyənlərin narazılığı vardı. Dodaq büzüb feysbukunu bağlayanlar, hətta medyadan küsüb gedirəm deyənlər də oldu. O jurnalistlər ki, elə oradaca Zərdabi ruhuna and içmişdilər. Sadiq və dönməz olacaqlarına söz vermişdilər. Və elə sosial medya gündəmi də iki-üç gün bu tip yazılarla doldu. İrəli sürülən ittihamlar və sərrast hesablanmış cavablar.

Yazıçı Anara məktub yazan da oldu, evini Yazıçılar Birliyindən istəyənlər də. Bir sözünən baş qarışdı ev davasına. Hətta o yerə gəlib çatdı ki, Ağdamın işğalı kimi tariximizə yazılan 23 iyul tarixi belə unuduldu. O tarix ki, qədim yurd yerimiz işğal olunmuşdu, və təəsüf bu indidə belədir. Bir neçə internet saytı, dövləti təmsil edən qəzetlərdə verilən arayış formalı informasiyalardan başqa. Jurnalistikanın bütün fəndlərindən istifadə edərək bir-birinə pafoslu cavab göndərən jurnalistlər Ağdamnan yazmaq istəmədilər. Ev alan və ala bilməyən, arzusunda olan, arzusu ürəyində qalan jurnalistlərin hamısı susdu. Çünki başları evlərinə qarışmışdı. Ev alanlar xəyal qurur, evinin mebelini hansı dizaynla düzəcəyini düşünürdü. Ev ala bilməyən, evsiz jurnalistlər isə kirayə haqqını necə ödəyəcəyini.
Yalnız bircə şey qalmışdı. Bəylər və xanımlar. Paytaxtda başınız ev davasına qarışarkən Ağdamda nə qədər evin sahibsiz qaldığını düşündünüzmü heç? Siz Bakıdan ev gözləyirdiniz. Qarabağın toy otağı adlanan Ağdamda bir zamanlar o qədər ağ ev və ağ dam vardı ki, indi onlar qap-qara hisin, pasın içində uçulub gedir. Qarabağ silahlı münaqişə zamanı işğal olunub, amma Qarabağda yox.

Elə Bakının küçələrində itirmişik. Doxsanıncı illərin əvvəllərində başı vəzifəyə qarışan səriştəsiz və xəyanətkar ölkə rəhbərliyinin ehtirası ucbatından işğal olunub Qarabağ. 24 il sonra “səriştəli” jurnalistlərin ev davasında itirməyək barı. O yurdlar ki, 24 ildir bizi gözləyir. Sahibi olacağına ümidi var pas tutan qapıların. Bəlkə o qapilar elə bizdən də ümidlidir nə vaxtsa öz sahibləri tərəfindən açılacağına.
Bizdə ümidliyik o yollarin bizi Qarabağa aparacağına.Heç təsadüfi deyil ki, cənab Prezident məhz həmin tədbirdə ki, nitqində Azərbaycan dövlətinın və Azərbaycan xalqının heç vaxt bu işğalla barışmayacağını, öz ərazi bütövlüyünü bərpa edəcəyini bəyan etdi. Dağlıq Qarabağ münaqişəsinə diqqət yönəltdi, ölkəmizin həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyini vurğuladı.

Sonda isə jurnalistika haqqında nəsə demək kimi bir cürətim yoxdur. Yadıma “Heyvanıstan” romanının müəllifi, həmdə dünya jurnalistikasinda oz sozunu demis Corc Oruellinin sözləri düşür. O, yazırdı: “Jurnalistika kimlərinsə dərc olunmasını istəmədiklərinin dərc olunmasıdır,qalanı isə yalnız mətbuat xidmətidir”. Dəyərli jurnalistlər. Dərc olunmasını istədiklərimiz Vətən həsrəti, torpaq nisgilidir. Biz sizi “Ağdamsız jurnalistlər” kimi görmək istəmirik.

Şamxal İbrahimov, 

Naxçıvandan Azinforum.az üçün

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …

Bir cavab yazın