Ana səhifə / Araşdırma (səhifə 459)

Araşdırma

Keçmiş nazir Əli Abbasov barəsində cinayət işi başlanıb

Sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və nazirliklə əməkdaşlıq edən bir neçə şirkətin nümayəndələri barəsində ayrıca cinayət işi başlanıb. Trend-in məlumatına görə, sabiq nazirin barəsində olan cinayət işi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq yüksək rütbəli əməkdaşları barədə başlanmış cinayət işindən ayrılıb və ayrıca icraata verilib. Ə.Abbasov və …

Ətraflı oxu »

Akif Çovdarov icra başçısını “ovlamaq” istəyirdi: “Sənin dərini soyacam, ailə üzvlərini…”

Ləğv edilmiş MTN-dəki Çovdarov-Mahmudov qruplaşmasının qurbanları bir qayda olaraq onların izləyib tora saldığı sahibkarlar olurdu. Lakin elələri də var ki, özləri öz ayaqları ilə Çovdarovun caynaqlarına ilişiblər və hətta bu qorxunc generalla kommersiya sövdələşmələrinə də girməyə risk ediblər. Və təbii ki, aqibətləri yaxşı olmayıb. Belələrindən biri də “M.M.M” Məhdud Məsuliyyətli …

Ətraflı oxu »

Rabitə Nazirliyinin sabiq yüksək vəzifəliləri 40 milyon mənimsəyib – İTTİHAM + SİYAHI

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. “Report”un əldə etdiyi məlumata görə, ittiham aktına əsasən, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev 567 min, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov …

Ətraflı oxu »

Toy dəvətnaməsi paylayan atanı maşın vurub öldürdü

Balakəndə övladının toy məclisinə dəvətnamə paylayan atanı maşın vurub öldürüb. Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, oktyabrın 25-i axşam saat 18:45 radələrində rayonun Qazma kənd sakini, 1963-cü il təvəllüdlü Hikmət Hənəfi oğlu Muradov avtomobil vurması nəticəsində aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olub. Həkimlərin …

Ətraflı oxu »

Eldar Mahmudov Çovdarovun işi üzrə dindirilməyib – Açıqlama

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun və digərlərinin barəsində olan cinayət işi üzrə şahidlərin siyahısında sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun adı yoxdur. APA-nın məlumatına görə, bu barədə onun vəkili Kamandar Nəsibov bu gün keçirdiyi mətbuat …

Ətraflı oxu »

Bakıda “Şərab evi”nə sirli silsilə basqın: içkilər sındırılır, pullar götürülmür (FOTOLAR)

Bakıda eyni mağazaya ayrı-ayrı vaxtlarda dörd dəfə hücum edilib.  Musavat.com xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində, Əmircan qəsəbəsində baş verib. Hər dəfə içki mağazanın şüşələri sındırılıb, mağaza sahibinə 4 min manatdan çox maddi ziyan dəyib. Sonuncu dəfə ötən gecə naməlum şəxslər əllərində olan dəmir alətlə mağazanın şüşəsini sındırıblar, və …

Ətraflı oxu »

Qiyas İbrahimova 10 il həbs cəzası verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən “Nida” Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə Q. İbrahimov prosesdə son sözlə çıxış edib. O, ittihamla razılaşmadığını deyib. Daha sonra hökm oxunub. Hökmə …

Ətraflı oxu »

Polis general oğlunu cərimələdi

Bakıda general oğlu avtoxuliqanlıq etdiyi üçün yol polisi tərəfindən saxlanılıb. “Qafqazinfo” xəbər verir ki, bu haqda avtosfer.az məlumat yayıb. Xəbərdə adı çəkilməyən general və oğlu haqda bildirilir ki, həmin sürücü bundan əvvəl də avtoxuliqanlıq etdiyi üçün saxlanılıbmış. O zaman məsuliyyətdən kənarda qala bilsə də, bu dəfə yol polislərindən qaça bilməyib. …

Ətraflı oxu »

“İlhamə Quliyeva ikimizi də öldürəcəyi ilə hədələdi” – Məhkəmədən REPORTAJ

Oktyabrın 25-də mərhum müğənni İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Musavat.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Xatirə Ramazanova ifadə verib. O, deyib ki, bir gün Mehriban Hüseynova ona zəng edib və onlara gəlməsini istəyib: “Mehriban soruşdu ki, axşam saat 10-da …

Ətraflı oxu »

Rusiyalı qadın avtomobilin təkərində Azərbaycana 90 “iPhone” keçirmək istədi

Rusiya vətəndaşı olan qadın Dağıstanın Azərbaycanla sərhəd Məhərrəmkənd gömrük postundan 90 ədəd “iPhone” mobil telefonu keçirməyə cəhd edib. Moderator.az Virtual Azərbaycan saytına istinadən xəbər verir ki, Dağıstan gömrükçüləri qaçaq malı Rusiyadan Azərbaycana gələn “Lada Granta” avtomobilində yoxlama zamanı aşkar ediblər. Yoxlama zamanı 90 ədəd “iPhone” və onlara aid aksessuarın avtomobilin …

Ətraflı oxu »