Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Rusiyalı qadın avtomobilin təkərində Azərbaycana 90 “iPhone” keçirmək istədi

Rusiyalı qadın avtomobilin təkərində Azərbaycana 90 “iPhone” keçirmək istədi

Rusiya vətəndaşı olan qadın Dağıstanın Azərbaycanla sərhəd Məhərrəmkənd gömrük postundan 90 ədəd “iPhone” mobil telefonu keçirməyə cəhd edib.
Moderator.az Virtual Azərbaycan saytına istinadən xəbər verir ki, Dağıstan gömrükçüləri qaçaq malı Rusiyadan Azərbaycana gələn “Lada Granta” avtomobilində yoxlama zamanı aşkar ediblər.
Yoxlama zamanı 90 ədəd “iPhone” və onlara aid aksessuarın avtomobilin arxa sağ təkərinin içində gizlədildiyi məlum olub. Yük müsadirə olunub və ekspertizaya göndərilib.
Faktla bağlı təhqiqat aparılır. Telefonların saxta olub-olmadığını ekspertiza müəyyən edəcək.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın