Ana səhifə / Aktual (səhifə 890)

Aktual

Təhsil Nazirliyi: “Bəzi şəxslər şou yaratmağa çalışır”

Təhsil Nazirliyi orta məktəb müəllimlərinin imtahanlarda zəif nəticə göstərməsi ilə bağlı iddialara münasibət bildirib. Nazirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin təşkili və keçirilməsində əsas məqsəd şagirdlərin beynəlxalq fənn olimpiadalarında nailiyyətlərinin yüksəldilməsi istiqamətində töhfə verəcək müəllimlərin müəyyənləşdirilməsi, onların olimpiadalara hazırlıq prosesinə cəlb edilməsindən ibarətdir. …

Ətraflı oxu »

BDU-nu qırmızı diplomla bitirən otel xidmətçisi

Aliyənin əlləri bir dəqiqə belə dinc dayanmır: gah tez-tez masaya çay dəstgahı yığır, gah mili əlinə alıb toxuyur – əlindən hər bir iş gəlir. “Bax, bu əynimdəki jaketi də özüm toxumuşam”, – deyir. “Bəs – oteldə xadimə işləmək adamı öz evini yığışdırmaqdan bezdirmir ki?”, soruşuram. “Yox, – cavab verir, – …

Ətraflı oxu »

Daha bir icra hakimiyyəti 55 min manatlıq xidməti avtomobil alıb

Mingəçevir şəhər icra hakimiyyəti minik avtomobilinin satın alınmasına dair “Nurgün Motors” MMC ilə tender müqaviləsi imzalayıb. “Finans.az”ın əldə etdiyi məlumata əsasən, bu satınalma müqabilində İcra hakimiyyəti tərəfindən “Nurgün Motors”a 54 700 manat ödəniləcək. Xatırladaq ki, daha əvvəl İsmayıllı rayon icra hakimiyyəti “Nurgün Motors” ilə xidməti avtomobilin alınmasına dair 54 950 …

Ətraflı oxu »

İran məmurlarından türk dilinə hörmətsizlik: – “Ona bu cür açıqlama vermək tapşırılıb”

İran məktəblərində türk dilinin tədrisi ilə bağlı məsələ yenidən gündəmə gəlib. Ölkə konstitusiyasında İranda yaşayan xalqların ana dilində tədris almaq hüququ tanınsa da, rəsmilər tərəfindən bu hüquqün reallaşması istiqamətində addım atılmır. Bu səbəbdən də İranda yaşayan 30 milyona yaxın soydaşımız fars dilində təhsil almaq məcburiyyətindədir, ana dilinin fənn olaraq tədrisinə …

Ətraflı oxu »

Müəllimlərin imtahanında biabırçı nəticə

“Riyaziyyat müəllimlərinin 99 faizi, kimya müəllimlərinin 95 faizi, fizika müəllimlərin 94 faizi, informatika müəllimlərinin 90 faizi, biologiya müəllimlərinin isə 49 faizi test suallarının yarıdan çoxunu düzgün cavablandırmayıb”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri ekspert Qubad İbadoğlu bir neçə gün əvvəl Təhsil Nazirliyinin riyaziyyat, informatika, fizika, kimya və biologiya fənlərindən dərs …

Ətraflı oxu »

Ərəb və iranlı turistləri bayramda “yoxa” çıxaran səbəblər – qiymətlər

Ekspertlər deyir ki, qiymətləri baha edən faktorlar rəqabətin zəif olması və xidmətləri təklif edən müəssisələrin sayının az olmasıdır Azərbaycan turizminin ən önəmli problemlərindən biri də yüksək qiymətlərdir. Sanki turizm dedikdə yalnız imkanlı təbəqə və onların həyat şərtləri nəzərdə tutulur. Orta və kasıb təbəqəni əhatə edən turizm şərtləri yox dərəcəsindədir. Bunun …

Ətraflı oxu »

Qəssablar ətin bahalaşmasının səbəbini açıqladı

Satıcılar deyir ki, qiymət artımının bayramla heç bir əlaqəsi yoxdur Azərbaycanda quzu ətinin qiyməti yenidən bahalaşdı. Belə ki, hazırda pərakəndə ət satışı məntəqələrində quzu əti 14 manata satılır.  Bunun səbəbini isə müxtəlif iqtisadi və sosial faktorlarla izah edirlər. Məsələ ilə bağlı bazardakı vəziyyəti öyrənmək üçün “Yeni Müsavat”ın reportyor qrupu olaraq, …

Ətraflı oxu »

Prezidentdən Azərbaycanın pravoslav xristian icmasına – Təbrik

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib. “Qafqazinfo”nun məlumatına görə, təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi – Azərbaycanın bütün pravoslav xristianlarını müqəddəs Milad bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Müasir dünyada multikulturalizmin ünvanlarından birinə çevrilən Azərbaycan Respublikası yüksək humanizm və dözümlülük prinsiplərinə …

Ətraflı oxu »

Teymur Abdullayevə yeni vəzifə verildi

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Yəhya Babanlı vəzifəsindən çıxarılıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bununla bağlı bu gün əmr imzalanıb. Onun yerinə isə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin keçmiş əməkdaşı Teymur Abdullayev təyin edilib. Y.Babanlı saytımıza açıqlamasında məlumatı təkzib etməyib: “Mən həftənin birinci günü işdə olacağam, həmin gün danışarıq, bütün suallarınıza …

Ətraflı oxu »

“Biz geri dönəcəyik” – Tural Gəncəliyevdən yeni status

“Şuşaya giriş üçün inşa edilmiş “Gəncə qapısının” yaxınlığında “Süleymanın çayxanası” yerləşirdi. Atamla bu çayxanada oturaraq Dağlıq Qarabağın möhtəşəm dağlarına açılan mənzərəyə saatlarla tamaşa etməyim hələ də gözümün önündədir”. Mia.azxəbər verir ki, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyevsosial şəbəkədəki səhifəsində yazıb. O bildirib ki, Şuşa sakinləri öz asudə vaxtlarını bu …

Ətraflı oxu »