Ana səhifə / Aktual (səhifə 15)

Aktual

Ararat Melkumyan da həbs olunub?

Xankəndidəki separatçıların “Milli Təhlükəsizlik Xidmətinin direktor”u Ararat Melkumyan Həkəri körpüsünün yaxınlığında saxlanılıb.  “ Azinforum.az ” xəbər verir ki, bu barədə məlumatı erməni mediasına istinadən “Caliber” yayıb.  Qeyd olunur ki, o, hazırkı “vəzifə”sindən əvvəl Ermənistan Silahlı Qüvvələrinin birinci ordu korpusunun komandiri olub. A.Melkumyan general-mayor hərbi rütbəsinə malikdir. Məlumat hələ ki, rəsmi …

Ətraflı oxu »

Bakıda “iPhone 15” izdihamına ekspertdən reaksiya: “Vacibdir ki, sən birinci alasan?”

Yeni “iPhone 15” modelinin təqdimatı dünya üzrə böyük diqqət çəkib. Ayrı-ayrı ölkələrdə insanlar “iPhone 15” üçün bir-biriləri ilə mübarizəyə giriblər. Bir neçə gün öncə Dubayda ticarət mərkəzlərinin birində “iPhone 15” satışı zamanı izdiham yaşanması, bu modeli almaq istəyənlərin, sözün əsl mənasında, əlbəyaxa olması sosial mediada gündəm olmuşdu. Maraqlıdır ki, eyni …

Ətraflı oxu »

Müştərisi `UniBank`ı ƏLƏ SALDI – “14 gün oldu işləmir…”

DİA.AZ: – Bir neçə gün əvvəl narazı vətəndaşlardan birinə istinadla DİA.AZ olaraq “UniBank”ın Tiflis prospektindəki `Araz` marketin yanındakı bankomatının işləməməsi xəbərini vermişdik. Xəbərdə onu da qeyd etmişdik ki, bundan bankın müştəriləri narahatdır…Bu gün yenə də Pərvin Qulamov adlı narazı vətəndaş eyni problemi qaldırıb və “Müştərinin Səsi” sosial qrupundakı paylaşımında olaya …

Ətraflı oxu »

“Müharibə mövzusunda çəkilmiş filmlərimiz uğursuzdur” – Dörd il cəbhədə vuruşan aktyor

I Qarabağ Müharibəsi veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü, Bakı Bələdiyə Teatrıın truppa müdiri, aparıcı aktyor İsmayıl Atakişiyev 4 il I Qarabağ müharibəsində iştirak edib. Teatrla yanaşı kino və seriallarda da rol alan aktyor bildirir ki, bu gün Azərbaycanda kino, teatr və serial sahəsinin ən böyük problemlərdən biri …

Ətraflı oxu »

Prezidentlə xanımı Qənirə Paşayevanın dəfninə əklil göndərdi – Foto

Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva İkinci Fəxri xiyabanda dəfn edilib. Azinforum.az in məlumatına görə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfn mərasiminə əklil göndəriblər. Qeyd edək ki, millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu …

Ətraflı oxu »

Prezident Zəngilanda forumda iştirak etdi – Fotolar

Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev …

Ətraflı oxu »

Prezident Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident İlham Əliyev deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzalayıb. “Qafqazinfo” xəbər verir ki, başsağlığında deyilir: Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim və jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Ələsgər qızı Paşayeva 2023-cü il sentyabrın 28-də ömrünün 49-cu ilində vəfat edib. …

Ətraflı oxu »

Şəhid anası oğlunun məzarına Şuşa və Laçından kəklikotu gətirdi – VİDEO

“Fərid üçün ən böyük hədiyyə bu torpaq oldu”. Bu sözləri şəhid Fərid İlyasovun anası Bəsirə İlyasova Baku TV-yə açıqlaması zamanı deyib. O qeyd edib ki, oğlunun məzarına Şuşa və Laçından kəklikotu gətirib: “Balam xoşlayırdı. Tanımadığım biri Fərid üçün Laçından torpaq gətirdi. Bu gün Fərid üçün ən böyük hədiyyə həmin torpaq oldu”.Ətraflı süjetdə:https://www.youtube.com/embed/nz5hjVdn6_w

Ətraflı oxu »

Ailə başçısı cəbhədə sağ qaldı, 5 üzvü evdə şəhid oldu – Foto

Müharibədə təkcə hərbçilər deyil, mülki şəxslər də həlak olurlar. Vətən müharibəsində də 94 dinc şəxs erməni təcavüzü nəticəsində şəhid olub. “Qafqazinfo” xəbər verir ki, müharibənin ilk günü bir ailənin 5 üzvü Ermənistan silahlı birləşmələrinin qurbanı olub.  Belə ki, dinc Azərbaycan əhalisini hədəfə alan erməni silahlılar növbəti dəfə toplarla Naftalan şəhəri, Qaşaltı kəndini …

Ətraflı oxu »

Qoyun-quzusu ilə birgə Ermənistan tərəfə keçdi – Video

Xəbər verdiyimiz kimi, artıq 50 mindən artıq erməni Qarabağı tərk edərək Ermənistan tərəfə keçib.Köç zamanı “Laçın” sərhəd-buraxılış məntəqəsində maraqlı anlar yaşanıb.Belə ki, bu vaxta qədər Turşsuda yaşamış erməni sakin özü ilə birlikdə qoyun-quzusunu da sərhəddən keçirib.O onları İrəvanda yaşayan qardaşı üçün apardığını, özünün isə Turşsuya qayıdacağını deyib. İTV yaydığı kadrları təqdim …

Ətraflı oxu »