Ana səhifə / Aktual / Ailə başçısı cəbhədə sağ qaldı, 5 üzvü evdə şəhid oldu – Foto

Ailə başçısı cəbhədə sağ qaldı, 5 üzvü evdə şəhid oldu – Foto

Müharibədə təkcə hərbçilər deyil, mülki şəxslər də həlak olurlar. Vətən müharibəsində də 94 dinc şəxs erməni təcavüzü nəticəsində şəhid olub.

“Qafqazinfo” xəbər verir ki, müharibənin ilk günü bir ailənin 5 üzvü Ermənistan silahlı birləşmələrinin qurbanı olub. 

Belə ki, dinc Azərbaycan əhalisini hədəfə alan erməni silahlılar növbəti dəfə toplarla Naftalan şəhəri, Qaşaltı kəndini atəşə tutublar. Nəticədə həmin kəndin sakinləri Qurbanov Elbrus (baba), həyat yoldaşı Qurbanova Şəfayət (nənə), gəlini Əmirova Afaq (Şəhriyarın anası) və nəvələri 14 yaşlı Qurbanova Fidan və 13 yaşlı Qurbanov Şəhriyar həlak olublar.

Ailənin başçısı isə hərbçi olduğu üçün həmin an cəbhədə döyüşlərdə iştirak etdiyinə görə sağ qalıb. 

Həmçinin oxuyun

Dönərdən zəhərlənən şəxsin yaxını: “Beş manata görə hər şeyi edirlər” – VİDEO

Zaqatalada dönərdən zəhərlənən şəxslərin yaxınları Baku TV-yə danışıblar. Onlardan birinin babası Bahəddin Əliyev bildirib ki, …