Ana səhifə / Cəmiyyət / Zərdabda şok hadisə: 50 yaşlı kişiyə arvad paltarı geyindiriblər – Təfərrüat

Zərdabda şok hadisə: 50 yaşlı kişiyə arvad paltarı geyindiriblər – Təfərrüat

Zərdab rayonunda 50 yaşlı kişi oğlunun hərəkətinə görə alçaldılıb.
azinforum.az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Körpükənd kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakinləri 33 yaşlı R.Babayev, 42 yaşlı Z.Əhmədov, 44 yaşlı T.Babayev və 25 yaşlı H.Həsənzadə həmkəndliləri olan 50 yaşlı M.Kərimovu kəndin mərkəzinə çağırıb. Orada ona “sənin oğlun bizim qadın qohumumuzun telefon nömrəsini qonşu kənddən olan kişiyə verib” deyərək M.Kərimovun əyninə zorla qadın paltarı geyindirib və başına yaylıq bağlayıblar.
M.Kərimovun oğlunun (onun 26 yaşı var) nömrə verdiyi deyilən şəxs isə 29 yaşlı R.Zeynalovdur. Hadisə zamanı onun avtomobili kənddə olub. Qəzəbli şəxslər onun avtomobilini aşırıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları R.Babayev, Z.Əhmədov, T.Babayev və H.Həsənzadəni saxlayıb, fakt üzrə araşdırma aparılır.

Həmçinin oxuyun

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini …