Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / “Qaloşdan şəfa diləmək millətin səviyyəsini göstərir”

“Qaloşdan şəfa diləmək millətin səviyyəsini göstərir”

“İnsanları qaloşla sağaltmaq çox geridəqalmışlıqdır. Düzdür, inanclar var və insan inanclarla yaşayır. Amma seyidin qaloşuna inanmaq biabırçılıqdır. Nəinki seyidin qaloşu, heç özü də heç bir xəstəliyi sağalda bilməz”. 
Bunu Moderator.az-a açıqlamasında tanınmış həkim Rəşid Mahmudov Goranboy rayonunda peyda olmuş “qaloş piri” haqqında danışarkən deyib. 
R.Mahmudov seyid adı ilə İslam dininə kölgə salanlara da irad bildirib: “Seyid Məhəmməd Peyğəmbərin nəslindən olan adamlara deyilir. Səudiyyə Ərəbistanında Məhəmməd Peyğəmbərin nəslindən də cəmi 4 nəfər qalıb. Bir də İordaniya kralı Hüseyin seyid idi və elə seyid idi ki, gedib Amerikadan xahiş elədi, Vyetnamdakı müharibəni dayandırdı. Seyid ancaq belə adamlara deyilir. İndi hər kənddə-kəsəkdə 3-4 seyid peyda olub. Halbuki onların seyidliklə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur”. 
“Qaloşdan şəfa diləmək millətin səviyyəsinin nə qədər aşağı olduğunu göstərir. Ora gedənlərin səviyyəsi görün, nə qədər biabırçı vəziyyətdədir. Millətimiz nə dinini düzgün bilir, nə yolunu düzgün gedir. İslam dini ən mükəmməl dindir, təəssüf ki, biz nə dinimizi mükəmməl bilir, nə də qoruya bilir, nə də təbliğ edə bilirik. İslam dini bədənə qaloş sürtüb şəfa vermək demək deyil. Şoferlikdən, bənnalıqdan, pinəçilikdən mollalığa gələnlər dinimizi korlayıblar” – deyə həkim vurğulayıb. Qeyd edək ki, Goranboy rayonu Qurbanzadə kəndindəseyid kimi tanınan və 30 il əvvəl vəfat etmiş Miribiş ağanın evinəinsanlar şəfa tapmaq, niyyətlərinin qəbul olunması diləyi ilə axışırlar. Bu məqsədlə də başlarına vəfat etmiş seyidin qaloşunu sürtdürürlər. Əvəzində isə “qaloş piri”nə pul və qiymətli əşyalar aparırlar.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …