Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Yeni ildən mənzil bazarında vəziyyət necə olacaq? (EKSPERT)

Yeni ildən mənzil bazarında vəziyyət necə olacaq? (EKSPERT)

Havalar soyuduqca ölkənin daşınmaz əmlak bazarında durğunluq  yaranır. Adətən qış aylarında ev alqı-satqısı azaldığından bazarda alıcı qıtlığı müşahidə olunur. Buna rəğmən təzə ilin əvvəlində əmlak bazarında da müəyyən canlanma olacağı istisna edilmir.
Mövzunu konkret.az-a şərh edən əmlak məsələləri üzrə ekspert, “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov hazırda bazarda aktivliyin zəif olduğunu dilə gətirib: 
“Bazarda oktyabr ayının nəticələrinə görə 2 faizə qədər azalma müşahidə olunur. Buna səbəb mənzilə ehtiyacı olan insanların böyük əksəriyyətinin, dövlət tərəfindən həyata keçirilən güzəştli satış proqramından faydalanmasıdır. Digər bir qisim insan isə növbəti güzəştli mənzil satışı layihəsinin icrasını gözləyir. Üstəlik banklar ipoteka kreditlərinin həcmini məhdudlaşdırıblar. Yəni burada da azalma mövcuddur. Mənzilə real ehtiyacı olanlar isə sadalanan layihələrdən bəhrələnə bilmirlər və ya əllərində nağd pulları yoxdur. Odur ki, mənzil bazarında aktivlik aşağı düşüb”.
Nüsrət İbrahimovun sözlərinə görə, yeni ildən sonra əmlak bazarında vəziyyətin necə olacağı, bankların aktivlik səviyyəsindən asılıdır: “Banklar kredit bazarında nə qədər aktiv olacaqsa, əmlak bazarında bir o qədər canlanma müşahidə ediləcək”.
Kirayə mənzil bazarında hazırkı vəziyyətə gəlincə isə əmlak eksperti bildirib ki, burada artım var: “Ay ərzində 2 faiz artım müşahidə edilib. O cümlədən il ərzində də kirayə mənzil bazarında artım olub. Kirayə mənzil bazarında təklif qıtlığı olduğu üçün, qiymətlərin artımı qaçılmazdır”.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …