Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Xoşbəxtlik üçün insana nə lazımdır? – Sübut olunub: ildə 95 min dollar!

Xoşbəxtlik üçün insana nə lazımdır? – Sübut olunub: ildə 95 min dollar!

Sübut olunub ki, illik 60 min dollar insana özünü komfortlu hiss etməyə imkan yaradır, xoşbəxt olmaq üçün isə, təxminən 100 min dollar tələb olunur.

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerikanın Pedryu Universitetinin alimləri «Xoşbəxtlik pulda deyil» xalq məsəlini inkar edirlər. Araşdırmaçıların fikrincə, insan il ərzində 60 min dollar qazanarkən, özünü kafi hiss edir («BGR»).

Alim Endryu Cebbin rəhbərliyi altında işləyən psixoloqlar «Nature Human Behavior» jurnalında araşdırmaların nəticələrini dərc ediblər. Materiallara əsasən, orta statistik insana pozitiv emosional vəziyyətdə olmaq üçün il ərzində 60-75 min dollar qazanmaq lazım gəlir. İdeal illik gəlir isə 95 min dollar təşkil edir.

Bu, yuvarlaqlaşdırılmış rəqəmdir. Milliyyətindən, yaşından, sosial statusundan və ailə vəziyyətindən asılı olaraq, məbləğ hər iki tərəfə doğru dəyişə bilir. İdeal qazanc barədə nəticə çıxartmaq üçün alimlər dünyanın 164 ölkəsində 1,7 milyonlan artıq insanı sorğuya cəlb ediblər.

Belə-belə işlər… Sonra da soruşurlar ki, Azərbaycanda xəstələrin sayı hansı səbəbdən sürətlə artır? Kasıblıqdan dolayı, psixoloji durumu bərbad vəziyyətdə olan insanın sağlam olması mümkün ola bilərmi?

Deməli, ölkədə xəstəxanaların sayının artırılması əvəzinə, insanların əmək haqqını (qazancını) artırmaq daha faydalı olardı. Amma nə qədər ki, Azərbaycan dövlətinin «sosial siyasət gəmisinin şturvalı» antisosial «Hadı-Səlim» cütlüyünün əlindədir, bu, mümkün olmayacaq!

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …