Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Vilyam Hacıyevin işdən çıxarılan oğlu danışdı

Vilyam Hacıyevin işdən çıxarılan oğlu danışdı

Bu gün işdən azad olunan Məhəmməd Hacıyev işdən vəzifədən azad olunması ilə bağlı açıqlama verib.

M.Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, işdən ayrılmaq üçün özü Baş Prokuror Kamran Əliyevə müraciət edib.

“Şəxsi işlərim çox olduğundan xidməti işləri görməyə vaxtım uyğunlaşmırdı. Bu səbəbdən bir neçə gün öncə özüm könüllü olaraq Baş prokuror Kamran Əliyevə müraciət etdim ki, məni tutdugum vəzifədən sərəncama götürsün”, – o qeyd edib.

Qeyd edək ki, Məhəmməd Hacıyev həbsdə olan İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin oğludur. O, Qubadlı Rayon Prokurorluğunun müstəntiqi idi.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …