Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Vilayət Eyvazov bölmə rəisini işdən çıxardı

Vilayət Eyvazov bölmə rəisini işdən çıxardı

Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi, polis mayoru Aqşin Əhmədov xidmətdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, A.Əhmədov sərəncama götürülüb.
Hazırda 5-ci polis bölməsinin rəisi vəzifəsini polis mayoru Əli Hüseynov icra edir.

Qeyd edək ki, həmin bölmədə xidməti yoxlama aparılıb. Yoxlama nəticəsində nöqsanlar aşkarlanıb və bir neçə polis zabitinə töhmət verilib.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …