Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “Vərdişdir” – Tovuzda reyd zamanı qaydaları pozan sürücülər – VİDEO

“Vərdişdir” – Tovuzda reyd zamanı qaydaları pozan sürücülər – VİDEO

Avtomobilə əyləşir, sonra mühərriki işə salır və necə gəldi yoluna davam edir.

Söhbət 4 təkəri hərəkətə gətirən hansısa mexaniki qurğudan yox, qaydaları pozan sürücülərdən, daha dəqiq desək, yollarda təhlükə yaradan sükan sahiblərindən gedir.

İlk baxışda belə təəssürat yaranır ki, bu sürücülər yalnız vaxtın dəyərini bilirlər. Özlərinin və başqalarının həyatının isə onlar üçün heç bir qiyməti yoxdur. Lakin heç də hər kəs etdiyi səhvin fərqinə varmır.

Belə ki, aktyorluq qabiliyyətini işə salıb rola girənlərə də rast gəlmək olmur. Sanki bununla onlar nəyəsə nail olacaqlarını düşünürlər. Yol polisi isə qaydalara məhəl qoymayan sürücülərə qarşı mübarizəni daha da sərtləşdirir. Tovuz şəhərində bu ilin fevral ayı ərzində 230 sürücü barəsində inzibati protokol tərtib olunub. Bundan başqa.

Sürücü: Boynumuza alaq. Mən buna vərdiş deyərdim.

Təbii ki, bir sürücü üçün sükanın əldən çıxması heç də arzuolunan hal deyil. Amma qanun qanundur. Pozuntu varsa, demək cəzası da var. Siz isə hörmətli sürücülər, çalışın cəzalandırılanlardan olmayasınız.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …