Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “Testlə müəllimin savadını yoxladın, bəs tərbiyəsini necə müəyyən edəcəksən?“

“Testlə müəllimin savadını yoxladın, bəs tərbiyəsini necə müəyyən edəcəksən?“

“Bu gün mərkəzində olan məsələ müəllimlərin sertifikasiyasıdır”. 

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov bildirib ki, insanların bununla bağlı ciddi narahatlıqları var: “Bu sertifikatlaşma ilə bağlı hansısa ədəbiyyat və test yoxdur. Abituriyentlər üçün jurnal buraxılır və abituriyent bilir ki, nə etmək lazımdır. Neçə ildir müəllimlərin sertifikatlaşdırılması gedir, ancaq onlar üçün hansısa material hələ də hazırlanmır. Deyirlər, 56-57 mərkəzimiz var, onlar gedib orada hazırlaşa bilər. Azərbaycanda müəllimlərin sayını baxın, görək, bu qədər mərkəz yetərlidirmi? İkincisi, müəllim həm də pedaqoqdur və uşaqların tərbiyəsi ilə məşğul olur. Müəllimin testlə savadını yoxladın, bəs tərbiyəsini necə müəyyən edəcəksən? Müəllimlərin sertifikasiya ilə bağlı il tələbi məsələsi var. Bu məsələ diqqət mərkəzində olmalıdır”.

Deputat deyib ki, elm sahəsində ciddi işlər görülməlidir: “Elmdə türkologiya və Cənubi Azərbaycan sahəsinə ciddi yer almalıdır. Keçmişdə “Türkologiya” jurnalı var idi, indi o da yoxdur. Bu materiallar artırılmalıdır”.

Onun sözlərinə görə, vətəndaşları narahat edən digər məsələ peşə sahəsində olan problemlərdir: “Bütün nazirliklər akademiya açır, peşə məktəbi açan yoxdur. Bizim böyük şəhərlərimizdə də peşə məktəbi çox azdır. Bu gün onların sayı çox olsa, gənclər heç institutlara getməz. Peşə texniki sahəsində məsələyə ciddi yanaşılmalı, hər struktura tapşırıq verilməlidir ki, bir peşə texniki məktəb açılsın”. 

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …