Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Tarixçi: “Azərbaycanda parlamentarizm ənənəsi Cümhuriyyətdən öncəyə gedir”

Tarixçi: “Azərbaycanda parlamentarizm ənənəsi Cümhuriyyətdən öncəyə gedir”

Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib.

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov Sputnik Azərbaycan-a deyir ki, müsəlman şərqində parlamentar mədəniyyəti mənimsəyən, bunu siyasi mexanizm kimi istifadə edən dövlətlərdən ilki Azərbaycandır:

“Bunun tarixçəsi müstəqil Azərbaycandan öncəyə gedir. Azərbaycanlı deputatlar çar Rusiyasında Dövlət Dumasında iştirak ediblər. Dumada topladıqları təcrübə ilə Azərbaycan parlamentarizm tarixinin ənənəsini yaradıblar. Bakı azad edildikdən sonra ən böyük bayramlardan biri parlamentin fəaliyyətə başlaması idi. O dövrün AXC parlamenti mütəfəkkir insanlardan ibarət idi. Bu parlamentdə dövrün şərtlərini qabaqlayan bir çox qərarlar verilmişdi. Məsələn bəzi qərb ölkələrindən öncə qadınlara seçki hüququ verildi. AXC parlamentində bütün dini və milli azlıqlar təmsil olunurdu. Biz bu təcrübəni geniş şəkildə dünya ictimaiyyətinə çatdırmalıyıq. Bununla Azərbaycan xalqının tolerant və multikultural ənənələrini təbliğ edə bilərik”.

1918-ci il dekabrın 7-də gündüz saat birdə Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı olub.

Həmçinin oxuyun

Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu …