Ana səhifə / Cəmiyyət / Talış istiqamətində şiddətli döyüşlər – Düşmən itki verdi

Talış istiqamətində şiddətli döyüşlər – Düşmən itki verdi

Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu vəziyyəti gərginləşdirmək məqsədilə fəaliyyətini davam etdirir.

Müdafiə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, Ermənistan tərəfi Talış kəndi istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib.

Ön xətdəki bölmələrimizin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşmaq cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Döyüş toqquşmasında qarşı tərəf itki verərək geri çəkilməyə məcbur edilib.
Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itki yoxdur.

Həmçinin oxuyun

Baş Prokurorluq “məşqçi işi” ilə bağlı açıqlama yaydı

Baş Prokurorluq 7 yaşlı Fərid Bakarovun ölümünə səbəb olmaqda ittiham edilərək həbs olunan Mehman Xəlilovun …

Bir cavab yazın