Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Speys TV-dən efirdəki söyüşlə bağlı açıqlama

Speys TV-dən efirdəki söyüşlə bağlı açıqlama

4 aprel 2019-cu il tarixdə Speys TV-də yayımlanan “Hər səhər” verilişində müğənnilərdən Rüfət Axundov və Rəşad İlyasov qonaq qismində iştirak zamanı efir mədəniyyətinə ziddi olaraq əxlaqdan kənar ifadələrə yol veriblər. Belə ki, qonaqlar məşhur mahnını ifa edən zaman gözlənilmədən, canlı yayımın imkanlarından sui-istifadə edərək, məhz mahnının səsləndirdiyi zaman efir əxlaqına xas olmayan sözlər işlədiblər. Bu sözlər Kult.az-ın sorğusuna Speys TV-nin verdiyi cavabında əksini tapıb.

Kanaldan bildirilib ki, adı çəkilən hər iki müğənninin Speys TV-yə hər hansı bağlılığı olmadığından, yalnız qonaq qismində iştirak etdiklərindən, onlara qarşı hansısa hüquqi addım atmağımız mümkün deyil: “Buna baxmayaraq, Speys TV olaraq efir əxlaqına uyğun olmayan sözlər işlədən müğənniləri kəskin qınamaqla yanaşı, verilişin yaradıcı və texniki heyəti ilə əlaqədar da ciddi, təxirəsalınmaz tədbirlər gördük. Bütün bunları nəzərə alaraq, bir daha bəyan edirik ki, efirə dəvət olunmuş bu qonaqların belə xoşagəlməz hərəkətlərinə görə Speys TV olaraq hiddətlənir və təəssüf edirik”.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …