Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “Soydaş” yaxın vaxtlarda yeni layihələrlə gündəmdə olacaq

“Soydaş” yaxın vaxtlarda yeni layihələrlə gündəmdə olacaq

“Soydaş” İctimai Birliyi İdarə Heyətinin növbəti. iclası keçirilib.

Birliyin sədri Kamran Ramazanlı bildirib ki, artıq iki ilə yaxındır dünyada mövcud olan pandemiya şəraiti bütün sahələrə təsir etdiyi kimi, ictimai fəaliyyətlə bağlı da bir çox çətinliklər yaradıb: “Bütün bunlara baxmayaraq, ötən il ərzində qarşıya qoyduğumuz vəzifələrin öhdəsindən gələ bilmişik. Pandemiya dövründə də soydaşlarımızın müraciətlərinə həssaslıqla yanaşılıb, onların problemlərinin həllinə çalışmışıq”.

Birlik sədri Gürcüstana səfəri ilə bağlı da məlumat verərək, qeyd etdi ki, dost ölkədə keçirilən rəsmi və ictimai fəallarla görüşlərdə qarşılıqlı əlaqələrin qurulması, ortaq layihələrin həyata keçirilməsi müzakirə olunub, fikir mübadiləsi aparılıb.

Sonra İdarə Heyətinin üzvləri təşkilatın gələcək fəaliyyəti ilə bağlı öz fikirlərini səsləndirib, görüləcək işləri müzakirə ediblər.

İdarə Heyətinin üzvü Namiq Veysəl təşkilatın informasiya təminatını daha da yaxşılaşdırmaq üçün yeni yaradılmış (soydas.az, soydas.org.az) saytları ilə bağlı geniş məlumat verib. Qeyd olunub ki, yeni fəaliyyətə başlayan bu informasiya saytlarında soydaşlarımızın problemləri, gündəlik xəbərlərlə yanaşı, Türk dünyası, diaspor, tarix və ədəbiyyat sahələrini əhatə edən yazılara da geniş yer veriləcəkdir. Qeyd olunub ki, eyniadlı internet televiziyanın yaradılması da gündəmdədir və yaxın vaxtlarda bununla bağlı daha ciddi addımlar atılacaqdır.

Azinforum.az

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …