Ana səhifə / Cəmiyyət / SOCAR-ın rəhbərliyində gülənçilər varmı?

SOCAR-ın rəhbərliyində gülənçilər varmı?

“Fətullah Gülən şəbəkəsini tənqid edəndə “Facebook”da əleyhimə şərhlər yazdılar, bunların içində tanıdığım və tanımadığım şəxslər var idi. Məni ədalətsiz olmaqda günahlandırırdılar, Gülənlə Pensilvaniyada görüşənlərdən biri yazdı ki, guya qərəzliyəm, Amerikada təhsil alanlardan biri yazdı ki, Gülənin Azərbaycan təhsili üçün gördüyü böyük işləri gözməzlikdən gəlirəm, qəzet redaktorlarından biri isə yazdı ki, Gülən şəbəkəsindən niyə əl çəkmirəm? Hətta yerli “gülənçi”lərdən biri hardansa mənim e_mail adresimi tapıb məni mədəni şəkildə təhdid etmişdi”.

Azinforum.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

E.Şahinoğlunun sözlərinə görə, iki il öncə TRT-nin Bakı bürosu onu müsahibəyə dəvət edib, Gülən hərəkatı haqqında tənqidi fikirlər deyib:

“Bilmirəm buna görə idi və ya başqa səbəb var idi, ondan sonra məni bir daha həmin kanala dəvət etmədilər. Şərhləri və təhdidi normal qəbul etdim. Əgər siyasi analizlərlə məşğul olursansa, hamının xoşuna gələ bilməzsən. Ancaq məni başqa məsələ maraqlandırır. Gülən və onun formalaşdırdığı mason lojasına nifrət etsəm də, hazırda Türkiyədə işdən kütləvi çıxarılma siyasətinin “əcinnə ovuna” keçə biləcəyindən ehiyatlanıram. Saxta ittihamlarla “Egenekon” və “Balyoz” əməliyyatlarının təkrarlanmasını kimsə istəməz. Darbeçilər Türkiyə qanunları qarşısında cavab verməlidirlər, bu şəksizdir, çünki həm dövləti cinayət ediblər, həm də günahsız insanları qətl ediblər, ancaq Türkiyənin gələcəyi naminə günahsız insanların da həbsə atılmaması gərəkir.

Sözümün canı odur ki, vaxtilə Gülən şəbəkəsinin təndiqlərimlə bağlı məni top atəşinə tutanlar indi müdrikcəsinə susurlar, Qafqaz Universitetinin sahibinin dəyişməsi ilə bağlı belə bir cümlə yaza bilmirlər. Demək canlarını uzun müddət müdafiə etdiyi və qazanc əldə etdikləri ideologiyadan üstün tuturlar, susmaqla vaxtilə Gülən ideologiyasından qazandıqlarını qorumağa çalışırlar. Yeri gəlmişkən, Türkiyədə Ərdoğana yaxın qəzetlər tez-tez Gülən şəbəkəsinin SOCAR-ın rəhbərliyində də kök saldığını yazırdılar. Bəs bu məsələ necə olacaq?”

Həmçinin oxuyun

Ombudsmanın əməkdaşları təcridxanada jurnalistlər və fəallarla görüşüblər

Azərbaycan Ombudsmanı yanında Milli Preventiv Qrupun (MPQ) üzvləri 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalistlərə və …

Bir cavab yazın