Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Sahibə Qafarovaya şeir həsr edən şair: “Azacıq diqqət bizi riqqətə gətirir”

Sahibə Qafarovaya şeir həsr edən şair: “Azacıq diqqət bizi riqqətə gətirir”

Şair Bəradər Səməndərli Milli Məclisin sədri Sahibə Qafarovaya həsr etdiyi şeirə görə tənqid edilməsinə münasibət bildirib.

B.Səməndərli Pravda.az-a bildirib ki, burada zərrə qədər sifarişdən söhbət gedə bilməz.

Şairin sözlərinə görə, vəsf etmək mədhiyyə deyil: “Sadəcə, Sahibə Qafarovanın Novruz bayramı ərəfəsində jurnalistlərə qarşı diqqətli davranması məni bu şeiri yazmağa vadar etdi. Biz jurnalistlər daim səmimiyyət və diqqət arzusunda olmuşuq. Azacıq diqqət bizi riqqətə gətirir. Bu da içimdən gələn duyğular idi. Anlayışla qarşılanmasını istərdim. Sahibə xanımla heç bir əlaqəm yoxdur. Sadəcə, istədim və vəsf etdim”.

O qeyd edib ki, xarici səfərlərə, həyata keçirilən işlərə gəldikdə isə hamısı uğurla davam etdirilir. Nə şişirtmişəm, nə də sifariş almışam. Sadə qələm adamıyam. Vəzifə arzusunda deyiləm, nəsə umacağım da yoxdur. Tənqidçilər mənə öz gözləri ilə baxmasınlar. Allahdan başqa kimsəyə ehtiyacım yoxdur”.

B.Səməndərli 44 günlük Vətən müharibəsində “Ali Baş Komandanım” şeirini də yazdığını xatırladıb: “Belə çıxır ki, cənab Prezident mənə sifariş vermişdi o şeir üçün? Gördüyümü və duyduğumu vicdanımın süzgəcindən keçirib nəzmə çəkirəm. Doğru, düzgün qiymət vermək istəyən gərək qəlbimi oxumağı bacarsın”.

Qeyd: B.Səməndərli “Atribut” qəzetinin və “Atributinfo.az” saytının baş redaktorudur. Onun rəhbərlik etdiyi qəzet Milli Məclisdə akkreditasiyadan keçib.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …