Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Sadiq Gözəlov vəzifəsindən azad edildi

Sadiq Gözəlov vəzifəsindən azad edildi

Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru vəzifəsindən azad edilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, fondun direktoru, polis polkovniki  Sadiq Gözəlov nazir Vilayət Eyvazovun əmri ilə işdən çıxarılıb.

Qeyd edək ki, S.Gözəlov 2017-ci ildə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən təqaüdə göndərilmişdi. Daha sonra isə qeyd edilən mülki vəzifəyə təyin edilmişdi.

Onun yerinə isə polis polkovniki Ehsan Zahidov təyin edilib. Bu yaxınlarda isə Bakı polisinin mətbuat katibi, polis mayoru Elşad Hacıyev nazirliyin mətbuat xidmətinin şöbə rəisi vəzifəsinə gətirilib.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …