Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Respublika Kinematoqrafçılar İttifaqı “Qızıl Pillə” adlı Milli Kinofestival təsis edib

Respublika Kinematoqrafçılar İttifaqı “Qızıl Pillə” adlı Milli Kinofestival təsis edib

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yeni, Milli Kinofestival təsis edib. İttifaqın Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Azinform.az-a bildirib ki, “Qızıl Pillə” adlanan Milli Kinovestivalı keçirməkdə məqsəd Azərbaycanda milli kino sənətinin inkişafına dəstək, kinematoqrafiyada peşəkar səviyyənin qorunub saxlanılması və bu sahədə çalışan kinematoqrafçıları həvəsləndirməkdir. Qrum sözçüsü daha sonra qeyd edib ki, iki ildən bir, noyabr ayında, Bakı şəhərində keçiriləcək festivalda, son iki il ərzində Azərbaycanda istehsal olunmuş bədii və sənədli filmlər iştirak edəcək. Həmçinin, kinofestivalda bir çox nominasiyalar və xüsusi mükafatlar təqdim ediləcək. Müsabiqənin şərtləri haqda ətraflı məlumatı İttifaqın saytından (Arki.az) əldə edə bilərlər.


Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …