Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov və Artur Rəsizadə – 36 il əvvəl çəklimiş foto

Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov və Artur Rəsizadə – 36 il əvvəl çəklimiş foto

Azərbaycanın sovet dövrünün tarixi fotolarda və yaddaşda qalıb.
“FOTOXRONİKA ” layihəsi çərçivəsində oxuculara bu fotonu təqdim edirik.

1986-cı ildə çəkilmiş bu fotoda Azərbaycan SSR-in kommunist partiyasının siyasi elitası əks edilib.

Şəkildə Azərbaycan SSR Nazirlər Soveti Sədrinin birinci müavini Artur Rəsizadə , Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi Fuad Musayev , Şəki Şəhər Partiya Komitəsinin birinci katibi Hadı Rəcəbli, Bakı şəhəri Nəsimi rayonu partiya komitəsinin 1-ci katibi Afiyəddin Cəlilov , Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi Nurəddin Mustafayev , Azərbaycan KP MK-nin katibi Ramiz Mehdiyev , Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi İsa Məmmədov , Azərbaycan Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Lidiya Rəsulova və digərləri əks edilib.

Foto mükafatlandırma mərasimindən sonra çəkilib.

Yeni rəhbər Mixail Qorbaçovun SSRİ-də başlatdığı yenidənqurma bir neçə ildən sonra siyasi elitada tam fərqli mənzərə yaratdı. Bu proses sonda Sovet İttifaqının süqutu, müstəqil Azərbaycanın yaranması ilə yekunlaşdı.

Foto çəkdirənlərin isə ən müxtəlif tale yaşadılar.

Şəkildə ayaq üstə duranlardan 2-ci Artur Rəsizadə uzun illər Azərbaycanın Baş naziri postunu tutdu. 3-cü dayanan Fuad Musayev 90-ların siyasi dəyişiklərinin ağrılı prosesini yaşadı, AFFA-nın prezidenti oldu, oradan istefa verdi və ictimai-siyasi həyatı tərk elədi. Sırada 5-ci olan Hadi Rəcəbli də müstəqil Azərbaycanda siyasi karyerasını bərpa edə bildi. O, bir neçə dəfə Milli Məclisin deputatı mandatını daşıdı.

Afiyyədin Cəlilovun həyatı faciəvi bitdi. Milli Məclis Sədrinin birinci müavini postunu tutan Cəlilov 1994-cü ildə sui-qəsd nəticəsində öldürüldü. Oturanlardan 3-cüsü Nurəddin Mustafayev isə siyasi sistemdə yer ala bilmədi. Əvvəlcə “Ağrıdağ” Cəmiyyətinin lideri kimi siyasi karyera qurmağa cəhd etsə də bu baş tutmadı. 5-ci yerdə duran İsa Məmmədov da yeni Azərbaycanın siyasi həyatına dönə bilmədi. Onun da həyatı da faciəvi şəkildə qırılıdı. 2007-ci ildə avtomobil qəzasında həlak oldu.

Fotoda əks olunan Lidiya Rəsulova müstəqil Azərbaycanda təhsil naziri oldu. 2012-ci ildə vəfat etdi.

Fotoda ən uzunömürlü siyasi karyeranı Ramiz Mehdiyev yaşadı. Sovet Azərbaycanının kommunist idelogiyasına cavabdeh olan Mehdiyev prinsiplərinə yad olan müstəqil Azərbaycanın siyasi elitasında yerini tuta bildi. 1995-ci ildən 2019-cu ilə qədər Azərbaycan siyasi idarəçiliyində mühüm postlar tutan Ramiz Mehdiyev daha sonra istefaya göndərildi.(Azposta.info)

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …