Ana səhifə / Cəmiyyət / Ramil Usubov Şamaxıdakı rəisi işdən çıxardı – Kərəm Həsənova görə yox

Ramil Usubov Şamaxıdakı rəisi işdən çıxardı – Kərəm Həsənova görə yox

Şamaxının yol polis rəisi Mübariz Fətəliyev tutduğu vəzifədən azad olunub.

DİN-in Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov AzVision.az-a açıqlamasında bildirib ki, polis rəisi daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən bölmənin xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifədən azad olunub və sərəncama götürülüb.

DİN rəsmisi bildirib ki, həmin idarədə çalışan bir neçə əməkdaş da inzibati qaydada cəzalandırılıb.

E.Zahidov onu da qeyd edib ki, bəzi mətbuat orqanlarında polis rəisinin işdən çıxarılmasına göstərilən səbəblərin hamısı uydurmadır.

Qeyd edək ki, mətbuatda yayılan məlumatlarda Mübariz Fətəliyevin işdən çıxarılmasının səbəbi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla əlaqələndirilib.

İddia olunub ki, bu günlərdə Şamaxıya gedən Kərəm Həsənovun avtomobili yerli yol polisləri tərəfindən saxlanılıb. Kərəm Həsənovu tanımayan polislər onunla kobud danışıblar. Sonradan maşınını saxladıqları şəxsin yüksək vəzifəli məmur olduğunu bildikdə üzrxahlıq ediblər. Lakin Kərəm Həsənov bununla kifayətlənməyib. O, yol polisləri barədə DİN rəhbərliyinə şikayət edib. Bundan sonra Mübariz Fətəliyev işdən çıxarılıb.

Həmçinin oxuyun

Baş Prokurorluq “məşqçi işi” ilə bağlı açıqlama yaydı

Baş Prokurorluq 7 yaşlı Fərid Bakarovun ölümünə səbəb olmaqda ittiham edilərək həbs olunan Mehman Xəlilovun …

Bir cavab yazın