Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Qardaşı qızı ilə eşq yaşayan aparıcı intihara cəhd etdi – FOTO

Qardaşı qızı ilə eşq yaşayan aparıcı intihara cəhd etdi – FOTO

Bir zamanlar Türkiyənin ən məşhur aparıcılarından olan Murat Başoğlu intihara cəhd edib.

Oxu.Az xəbər verir ki, gəmidə qardaşı qızı Burcu Başoğlu ilə səmimi fotoları çəkilən aparıcı hadisədən sonra 14 illik həyat yoldaşı Hande Bermeklə boşanmışdı.

“Beyaz” TV-də yayımlanan “Söylemezsem olmaz” proqramında Muratın yaşadıqlarından sonra depressiyaya düşdüyü bildirilib.

Qeyd edilir ki, intihara cəhd edən Başoğlunun yaxınları vaxtında yetişərək, onu xəstəxanaya aparıblar.

Müalicə alan aparıcının psixoloji durumunun yaxşı olmadığı bildirilir.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …