Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “Qarabağın səsi” xeyriyyə konserti keçiriləcək – VİDEO

“Qarabağın səsi” xeyriyyə konserti keçiriləcək – VİDEO

Yanvarın 10-u Bakı vaxtı ilə saat 21-də Londonda fəaliyyət göstərən Beynəlxalq Azərbaycan İcmasının və “Red Hearts” Fondu ilə əməkdaşlıq edən könüllülər qrupunun təşəbbüsü ilə “Qarabağın səsi” (“Voice of Karabakh”) adlı qlobal onlayn xeyriyyə konserti keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Britaniya Azərbaycanlıları İcmasının və Beynəlxalq Azərbaycan İcmasının sədri Fəridə Pənahova bildirib ki, məqsəd Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə zamanı zərərçəkmiş mülki əhaliyə dəstək göstərməkdir.

Konsertdə ölkəmizin tanınmış müğənniləri Fidan Hacıyeva, Mirələm Mirələmov, Tünzalə Ağayeva, Miri Yusif, Murad Arif və digərləri iştirak edəcəklər.

“Qarabağın səsi” xeyriyyə konserti Azərbaycan Beynəlxalq Cəmiyyətinin “Youtube” kanalı vasitəsilə nümayiş etdiriləcək.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …