Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Putin azərbaycanlı cərraha fəxr ad verdi 

Putin azərbaycanlı cərraha fəxr ad verdi 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin soydaşımız Fuad Əliyevə “Rusiya Federasiyasının Əməkdar Həkimi” fəxri adının verilməsi barədə Sərəncam imzalayıb.

Tümen Dövlət Tibb Universitetinin cərrahiyə kafedrasının müdiri Fuad Əliyev tibb sahəsindəki xüsusi xidmətlərinə görə bu mükafata layiq görülüb.

Fuad Əliyev 1965-ci ildə Gürcüstanın Bolnisi rayonunun Darbaz kəndində dünyaya gəlib. 1987-ci ildə Tümen Dövlət Tibb İnstitutunu bitirdikdən sonra şəhər əhalisinə təcili yardımın göstərildiyi 1 nömrəli klinik xəstəxanada çalışıb.

O, ordinatordan ali kateqoriyalı cərraha, sonra isə cərrahiyyə bölməsinin müdiri vəzifəsinədək yol keçib, Tümen Dövlət Tibb Akademiyasının ümumi cərrahiyyə kafedrasının müdiri təyin edilib. Beş monoqrafiyanın, 280 elmi məqalənin, 10 ixtiranın müəllifidir/Axar.az.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …