Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Prezidentdən Kəmaləddin Heydərovla bağlı – Fərman + Dəyişiklik

Prezidentdən Kəmaləddin Heydərovla bağlı – Fərman + Dəyişiklik

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibində dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanla Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın üzvləri sırasında daxil edilib.

Qeyd edək ki, hazırda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …