Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Polşada təhsil alan yüzdən çox tələbəmiz köməksiz qalıb

Polşada təhsil alan yüzdən çox tələbəmiz köməksiz qalıb

“Tələbələri gətirmək üçün Qazaxstana belə çarter reyslər açıldı, amma Polşada təhsil alan bu qədər azərbaycanlı tələbə üçün bir tədbir görülmür”.
Qaynarinfo xəbər verir ki, bunu redaksiyamıza müraciət edən Polşada təhsil alan tələbələrdən biri deyib.

Onun sözlərinə görə, Polşada yüzdən çox azərbaycanlı tələbə olsa da, hələ də onları vətənə gətirmək üçün heç bir iş görülmür. 
“Dəfələrlə Azərbaycanın Polşadakı səfirliyinə müraciət etsək də, bütün müraciətlərimiz cavabsız qalıb, bizə nə bir məlumat verən, nə də kömək göstərən var. Bizim də son çarəmiz səsimizi mətbuat vasitəsi ilə duyurmaqdır”,- deyə tələbə əlavə edib. 
Tələbə bilidirib ki, onların problem virusdan qorxub qaçmaq deyil:
“Burda təhsil alan tələbələrin çoxu gündəlik işlərdə işləyib öz xərclərini çıxarırdılar. Koronavirusun daha çox yayılma təhlükəsinə görə bir çox iş yerləri, kafelər bağlanıb, buna görə də tələbələrin əksəriyyəti maddi çətinlik çəkir”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …