Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “Ölkəni bazara çeviriblər“ – Mübariz Tağıyev

“Ölkəni bazara çeviriblər“ – Mübariz Tağıyev

İyunun 4-də Kəlbəcərdə iki jurnalist və bir mülki vətəndaşın ermənilərin yerləşdirdiyi minaya düşərək həlak olması böyük səs-küy yaratdı.

Ötən gün Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub. İlkin araşdırmalara görə, düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub.

Onlar müxtəlif müxtəlif yollarla azad olunan torpaqlarımıza keçərək, yenidən minalanma işlərini davam etdirməyə cəhd edirlər.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Mübariz Tağıyev ermənilərin bununla öz quyularını qazdığını deyib:

 “Mən hərbçi deyiləm, amma bu millətdən hər şey gözləyirəm. Bunlar belə millətdirlər. Bilmirəm, artıq necə qarşısını almaq olar. Hər dəfə sərt çıxışlarla bildirilir ki,  bu təxribatları bitirin. Bunları başa düşmürlərsə, deməli bunlara ayrı cür başa salmaq lazımdır. Mənə elə gəlir ki, bu cür təxribatlarla onlar özləri özlərinə quyu qazırlar. Çox ağılsız hərəkətlər edirlər. Nəticə etibarı ilə itkilərimiz var, jurnalistlərimiz, mülki vətəndaşlar minaya düşdülər. Ümid edirəm ki, bu işlə məşğul olan mütəxəssislər tezliklə nə isə edərlər, çünki belə davam edə bilməz. Bütün xalqın fikri eynidir: bu təxribatlara son qoymaq lazımdır”

Sənətçinin fikrincə Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra da onlar təxribatlardan əl çəkməyəcəklər:

“Bizim zəfərimiz onlara çox şey dedi, özləri indiyə kimi itkilərini xalqdan gizlədirlər. Nə qədər əsgərlərinin öldüyünü demir, həqiqəti bildirmirlər. Xəbərlərə baxıram, hamı kimi görürəm ki, ölkə bazardır, bu dəqiqə orada qarmaqarışıqlıqdır. Belə xalq olarmı?

Seçkilərdən sonra da heç bir şey düzələsi deyil. Çətin ki nəsə düzələ. Çünki hazırda Ermənistanda kürsü davası gedir. Həmin davada iştirak edənlər isə əlləri qana batmış şəxslərdir. Xalq tərəfindən onlara dəstək olmayacaq, inanmıram onlar nəyəsə getsinlər. Vəziyyət gündən-günə gərginləşir, hətta bu gərginlik vətəndaş müharibəsinə çevrilə bilər”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …