Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “Öləcəyini hiss edirdim” – Aydın Xırdalanlının anası – VİDEO

“Öləcəyini hiss edirdim” – Aydın Xırdalanlının anası – VİDEO

“Deyirdim ki, sənə bir şey olsa özümü öldürərəm”

ARB TV-nin “Elgizlə İzlə” verilişində mərhum meyxanaçı Aydın Xırdalanlının ailəsi barədə süjet yayımlanıb.

Meyxanaçının anası oğlu haqqında danışarkən kövrəlib:

“Aydın mənim ən gözəl övladım idi. Qardaşını evləndirdi, bacısını gəlin köçürtdü. Deyirdim sənin də övladın olsun. Deyirdi ki, elə demə, bacı-qardaşımın övladı elə mənim övladımdır. Allah qismət etsə övladım olar. O öləndən sonra onun istedadını başa düşmüşəm. Deyirdim ki, sənə bir şey olsa özümü öldürərəm, sənsiz yaşamaram. Aydının ölümünü çoxdan hiss etmişdim. Lakin sonra inanmırdım, elə bilirdim daha ölməz. Gördüm pisdir. Dedim, sənə nə olub? Dedi, nəfəsim çatmır. Xəstəxanada reanimasiyada idi. Dedi ki, mən burada qalmıram. Gələndə yarı yolda gördük onu da gətirirlər. Sən demə uşağım can üstə imiş, mən başa düşməmişəm. Səhər-səhər də qan qusub. Qardaşına deyib ki, bunu tez apar, anam görməsin”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …