Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Naxçıvanda Ombudsmana 25 şikayət daxil olub

Naxçıvanda Ombudsmana 25 şikayət daxil olub

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)muxtar respublikada vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirləri 2017-ci ildə də davam etdirib. 2017-ci ildə Müvəkkilin ünvanına yazılı, şifahi və elektron formada 85 müraciət daxil olub. Daxil olan müraciətlərin 25-ni şikayətlər, 60-nı isə ərizələr təşkil edib.

Bu barədə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2017-ci ildə fəaliyyəti haqqında illik məruzəsində qeyd olunub.

Bildirilib ki, qanunun tələblərinə müvafiq olaraq şikayətlərin Müvəkkilin səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən 1 il müddətin ötməsi, şikayətlə bağlı məhkəmə icraatının aparılması, təkrar təqdim edilmiş şikayətdə yeni məlumat, fakt və sübutların olmaması səbəbindən 4 şikayətə baxılmasından imtina edilib. 21 müraciət baxılmaq üçün icraata qəbul edilib, onlardan 5-i təmin edilib. 16 şikayətə baxılması zamanı isə hüquq pozuntusu aşkar edilməyib.

Müraciətlərə qanunla müəyyən edilmiş müddətlərdə baxılıb və daxil olan müraciətlər cavablandırılıb.

Azinforum.az

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …