Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Müşfiq Hətəmov yeni vəzifəyə gedir?

Müşfiq Hətəmov yeni vəzifəyə gedir?

“Space” Müstəqil Teleradio Şirkətinin sabiq  direktoru Müşfiq Hətəmovun vəzifəsindən istefa verməsinin səbəbi bəlli olub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Müşfüq Hətəmov Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin icraçı direktor əvəzi vəzifəsinə təyin olunacaq.
Məsələ ilə bağlı Müşfüq Hətəmovun mövqeyini öyrənmək istəsək də, cəhdimiz alınmadı.

Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova belə bir məlumatın olmadığını bildirdi.

Qeyd edək ki, Müşfiq Hətəmov “Space”nın direktoru vəzifəsindən öz istəyi ilə ayrılıb. 

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …