Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Mirşahin yazıçılarımızın 95 %-dən daha çox yazıçıdır

Mirşahin yazıçılarımızın 95 %-dən daha çox yazıçıdır

Yenə müzakirələri çəkdik predmetdən kənara… Mənim fikrimcə, Mirşahin Azərbaycanda özünə “yazıçı”, “nasir” deyənlərin ən azı 95 %-dən daha çox yazıçıdır. Mirşahinin adi “söz oyunu”nu qabaqlamaq demirəm, təkrarlamaq demirəm, “tutmaq” üçün bu ölkədə “yazıçı” tituluna iddia edənlərin böyük əksəriyyəti bundan sonra 100 il özünü təkmilləşdirməlidir. Nə isə, sözüm heç bunda deyil.

Mirşahin nə deyir?
Deyir ki, həzərat, mən Qarabağ savaşından bəhs edən yaxşı roman oxumaq istəyirəm, yaxşı nəsr oxumaq istəyirəm, bunu müzakirə etmək, təqdim etmək istəyirəm. Mirşahin əslində sosial sifarişi ifadə edir və haqlıdır. Mirşahin kimi bir OXUCUsunun olmasını hansı normal yazar istəməz? Bu mənada OX UCUnu OXUCUya tuşlamaq insafsızlıqdır.

Mən Şuşanın mistikasını açan bir roman yazmaq istəyirəm. Xeyli material toplamışam, aşağı-yuxarı nə yazacağımı da bilirəm. Əgər hər şey istədiyim kimi getsəydi, dekabrda tamamlaya da bilərdim. Amma çatdırıb yaza bilmirəm. Çatmayan nədir? 

Resurslarım:
1) Bir neçə gün Şuşada qalmağa ehtiyac var.2) Bir neçə həftə yaradıcı şəraitə ehtiyac var.3) Maddi dəstəyə, ezamiyyətlərə və s. ehtiyac var.4) Bu kitab100-200 tirajla çıxacaqsa, çıxmasa ondan yaxşıdır, nəşriyyatla müqaviləyə ehtiyac var.5) Tərcüməyə ehtiyac var. Var oğlu var!

Bütün bunları Mirşahin edəcək deyil, etməli də deyil. Bütün gunahı aparıb AYB-nin, Mədəniyyət nazirliyinin üstünə də yıxmaq istəmirəm, hərçənd təşkilatçı onlar olmalıdır. Siz bu ölkədə bir iri şirkətə rast gəlmisiniz ki, “Şuşa barədə roman müsabiqəsi” elan etsin? Bəs, hanı koorporotiv məsuliyyət?

Qısacası, bizim yaradıcılıq ittifaqları müasir menecmentlə idarə olunmayacaqsa, dedi-qodudan uzağa getməyəcəyik. Və bu təkcə yazıçılarla bağlı məsələ deyil. Aylardır elə burada yazıram ki, rəssamları işğaldan azad olunan ərazilərə göndərin, işğal mənzərələrini çəksinlər. Bir yay, bir payız, bir qış keçib, barı yazda göndərin… Ermənilərin Qərbdə əsas təbliğat silahı hazırda “Artsax tabloları”dır.  

Təşkilatçılıq lazım, menecerlik lazım, milli məsuliyyət lazım!

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …