Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Metro nə vaxt açılacaq? – Açıqlama

Metro nə vaxt açılacaq? – Açıqlama

“Qeyri-müəyyən vəziyyətdə işləmək çətindir. Biz də veriləcək qərarı gözləyirik”.

Bu sözləri “Şərq”ə açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov demək olar, bu günlərdə əksəriyyəti düşündürən “metro görəsən nə vaxt açılacaq?” sualına konkret cavabın hələ olmadığını bildirib: “Metronun açılmasını, hamıda çox biz – metropoliten işçiləri istəyirik. Qeyri-müəyyən vəziyyətdə işləmək daha da çətindir. Amma bu metropoliten rəhbərliyindən asılı deyil. Məsələyə mütəxəssis səviyyəsində baxılmalıdır və Nazirlər Kabineti yanında Operativ Qərargan buna qərar verməlidir. Operativ Qərargah isə, məlumdur ki, pandemiya ilə bağlı mövcud vəziyyəti dəyərləndirib qərarlar verir. Metroda qapalı mühit, süni ventilyasiya sistemi nəzərə alınır. Biz də hamı kimi Operativ Qərargahın verəcəyi qərarı gözləyirik ki, qısa zamanda metro açılsın”.  

 B.Məmmədov qeyd edib ki, metropolitenin fəaliyyətinin bərpasına ciddi hazırlıq görülür: “Metro fəaliyyətini bərpa edəcəksə, vacib nyüanslar mütləq olacaq. Müəyyən qaydalara riayət etmək gərəkəcək. Xatırlatmalar, məlumat lövhələri, sosial reklamlar vasitəsilə maarifləndirmə işləri aparılcaq. Metropolitendə bu işlər həyata keçirilir artıq”.      

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …