“Qafqazinfo” xəbər verir ki, “The Peacemaker” filmindəki bir fraqmentdə baş qəhrəmanlar Çelyabinskdən çıxan təhlükəli yük maşınının haradan keçəcəyini müəyyən etməyə çalışır.

Məlum olur ki, bu dayanacaq Azərbaycanın İmişli rayonudur. Və beləliklə filmin qəhrəmanları İmişli rayonunun koordinatlarını axtarmağa başlayır.

Qeyd edək ki, baş rollarını George Clooney və Nikol Kidmanın canlandırdığı film 1997-ci ildə çəkilib.