Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Məhkəmə Ülviyyə Alovluya bəraət verdi

Məhkəmə Ülviyyə Alovluya bəraət verdi

Binəqədi Rayon Məhkəməsində ictimai fəal Ülviyyə Muradoba (Alovlu) ilə bağlı davam edən məhkəmə iclası başa çatıb.

Hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə onun barəsində bəraətverici hökm çıxarıb.

Qeyd: Ülviyyə Muradova barəsində Xalq artisti Flora Kərimova xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq Muradovanın barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb.

Tərəflər arasında qalmaqala səbəb Ülviyyə Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …