Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Komandirini xilas etmək istəyərkən şəhid olan çavuş – Video

Komandirini xilas etmək istəyərkən şəhid olan çavuş – Video

Həsənov Hikmət Fikrət oğlu 15 iyul 1986-cı ildə Gəncə şəhərində doğulub. Gəncə şəhəri 16 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-ci ilin iyun ayından Azərbaycan Ordusunda MAXE, daha sonra kiçik çavuş kimi çalışıb. 27 sentyabr 2020-ci ildə Murovdağda yaralı komandirini xilas etmək istəyərkən qəhrəmancasına şəhid olub.

Döyüş yoldaşları deyir ki, Hikmət ürəyindən snayperlə vurulan anda belə əlindəki silahı döyüş yoldaşlarına verib ki, sursatı düşmən əlinə keçməsin.

Nəşi 68 gün sonra tapılan Hikmət Həsənov dekabrın 6-da Gəncə Şəhidlər Xiyabanında dəfn edilib. Evli idi, Rüqəyya və Ruzi adlı iki övladı var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …