Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Kəmalə Ağazadə: “Bu gün biz cahilləri sosial şəbəkələrdə görürük və “vau” edirik”

Kəmalə Ağazadə: “Bu gün biz cahilləri sosial şəbəkələrdə görürük və “vau” edirik”

“Bu gün “Ailə Məcəlləsi” haqqında qanunvericiliyimiz mükəmməldir”. 

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. O bildirib ki, ölkəmizdə qanunvericilikdən xəbəri olmayan kifayət qədər valideynlər var:

“Bu gün “Ailə Məcəlləsi”nin şərhlərini heç də valideynlərin hamısı bilmirlər. Belə ailələrimiz də “uşaq mənimdir” deyilən bir şey var. Əgər valideyn o məcəlləni oxusa, o zaman dərk edər ki, uşaq təkcə onun deyil, eyni zamanda dövlətindir. Dövlət onun nəzarətini edir, onlara qayğı, diqqət ayırır, təhsil və səhiyyə xidmətləri göstərir. O zaman demək ki, bu, təkcə valideynin deyil, həm də dövlətin övladıdır. Necə olur ki, valideyn biraz çətinə düşəndə o dəqiqə dövlət qurumlarının qapısını döyməyə başlayır ki, dövlət bunu etsin və ya bunu etməlidir. Ümumiyyətlə, hesab edirəm ki, bu qanunun təbliğatını sosial media və telekanallar üzərindən aparsaq daha doğru olar. Bu gün uşaqların baxımsız vəziyyətə düşməsi kimi hallar var və bu da çox təəssüfedicidir. Təbii ki, bunlar olmasaydı bu gün sığınacaqlar da olmazdı”. 

K.Ağazadə qeyd edib ki, bu gün xoşagəlməz, cinayət, uşaqlara qarşı təcavüz halları da artmaqdadır:

“Əgər belə bir hadisə olursa, bu, bizim üçün böyük bir faciədir. Azərbaycan hər zaman olduqca uşaqsevər, ailə dəyərlərinə qiymət verən bir ölkə kimi tanınıb. Biz hər zaman ağsaqqallarımıza, ağbirçəklərimizə hörmət etmişik. Onlar övladlarımı göz bəbəyi kimi qoruyublar. Nəvələrini canlarından belə keçən ağsaqqallarımız olduğumuz halda, bu gün biz qeyri -rəsmi nikah adı altında heç bir dəyəri olmayan ailə tabloları qarşılaşırıq və sonra da deyirik ki, bizə nə oldu? Çünki o dəyərləri formalaşdırmaq üçün bu gün təkcə “Ailə Məcəlləsi” deyil, həm də bəzi xoşagəlməz ənənələrdən qurtulmağın zamanıdır. Qeyri-rəsmi nikahların adı altında biz bəzi hallarda deyərdəm ki, bu illər ərzində gördük ki, sanki hələ orta əsrləri yaşayırıq. Bu illər ərzində nə qədər erkən nikahlarla qarşı-qarşıya durduq. Biz ailələrdə uşaqlara qarşı cinsi təcavüzün ört-basdır edilməsinin şahidi olduq, biz bakirəliyin hər şeydən önəmli olduğunu gördük. Amma, halbuki seksual hərəkətlərə təhrik heç də uşağa az təsir etmir. O, daha da çox təsir edən bir məqamdır”. 

Onun sözlərinə görə, bu gün ailələrin daha çox uşaqlara diqqətinin artırılması üçün ilk növbədə təhsil təbliğ edilməlidir:

“Biz ailələrə izah etməliyik ki, uşaqlar arasında fərq qoyulmamalıdır və hər iki uşaq təhsil almalıdır. Cinsiyyətindən, mənsubiyyətindən asılı olmayaraq hər bir uşaq təhsilə yönəldilməlidir. Çünki gələcəyimiz həmin təhsillə bağldıır. Təhsil hər bir uşağın əlindən böyük bir açardır. O, özü üçün qapılar açacaq. Yox əgər biz onu təhsildən kənar tutacağıqsa, onda cahil olacağıq. Bu gün biz cahilləri sosial şəbəkələrdə görürük və  “vau” edirik ki, bu nədir? Qoca nənə çıxıb və “Tiktok”da nələrsə edir. Çünki dəyərlərimiz o qədər aşağı düşüb. Və burada da dindirəndə görəcəyik ki, nənənin də heç təhsili olmayıb. Ona görə də, hesab edirəm ki, uşaqlarımızın hüquqları daha ciddi şəkildə qorunmalıdır”.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …