Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “Jalə Bayramova barəsində cinayət işinin başlanması xəbəri əsassızdır” – DİN

“Jalə Bayramova barəsində cinayət işinin başlanması xəbəri əsassızdır” – DİN

Daxili İşlər Nazirliyi (DİN) Jalə Bayramovaya qarşı cinayət işinin başlanması barədə yayılan məlumatlara aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev APA-nın sorğusuna cavabında bildirib ki, Jalə Bayramovaya qarşı cinayət işinin başlanması barədə yayılan xəbərlər əsassızdır və həqiqəti əks etdirmir: “Videogörüntülərdə əks olunan faktla bağlı araşdırma isə hazırda davam etdirilir. Həmin hadisə ilə bağlı Jalə Bayramova Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə dəvət olunub və şöbənin rəhbərliyi tərəfindən qəbul edilərək dinlənilib. Bundan sonra xəsarətlərinin dərəcəsinin təyin olunması üçün ekspertiza müayinəsindən keçirilməsi təmin olunub. Hazırda araşdırma davam etdirilir. Tibbi ekspertizanın rəyindən və bununla bağlı aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, J.Bayramova Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlunun qızıdır. Sosial şəbəkələrdə J.Bayramovanın seçki günü təzyiqə məruz qalmasını əks etdirən görüntülər yayılıb.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …