Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / İlin sonunda əfv sərəncamı imzalana bilərmi? – Açıqlama

İlin sonunda əfv sərəncamı imzalana bilərmi? – Açıqlama

Azərbaycanın əlamətdar günlərində bir qayda olaraq ölkə prezidenti İlham Əliyev əfv sərəncamları imzalayır. 

Ənənə halını alan bu addımlar nəticəsində minlərlə məhbus azadlığa buraxılıb, yaxud cəzası azaldılıb. Sonuncu əfv sərəncamı bu ilin mart ayının 14-də imzalanıb və beynəlxalq hüquq müdafiə təşkilatlarının siyasi məhbus hesab etdiyi xeyli sayda tanınmış şəxslər də azadlığa buraxılıb. Prezidentin bu qərarı beynəlxalq təşkilatlar tərəfindən təqdir olunub.

Qarşıdan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il gəlir. Müxtəlif illərdə bu əlamətdar tarixdə dövlət başçısı əfv sərəncamları imzalayıb. Bu il də bu addım atıla bilərmi? 

“AzPolitika.info”-nun bunla bağlı sualını cavablandıran Prezident yanında Əfv Məsələləri Komissiyasının sədri Əliməmməd Nuriyev bildirib ki, əfv sərəncamı ölkə prezidentinin konstitusion səlahiyyətlərinə daxildir: “Məlumdur ki, cənab prezident İlham İlham Əliyev humanizm prinsiplərindən çıxış edərək hər il belə sərəncamlar imzalayır və nəticədə yüzlərlə məhbus azadlığa buraxılır. Bu il Novruz Bayramı ərəfəsində də bu addım atıldı və yüzlərlə məhbus cəzasının çəkilməmiş hissəsindən azad edildi”.

İlinin sonunda növbəti adıımın atılacağı barəd gözləntisinin yüksək olmadığını deyən Ə.Nuriyev qeyd etdi ki, daha çox gələn il Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağına ümid etmək olar: “Hər halda bu səlahiyyət ölkə prezidentinə məxsusdur, ona görə bizim konkret hansısa fikir bildirməyimiz doğru olmaz”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …