Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “İbtidai sinif müəllimi institut direktorundan çox maaş alır” – Nazir

“İbtidai sinif müəllimi institut direktorundan çox maaş alır” – Nazir

“Hazırda ibtidai sinif müəlliminin əməkhaqqısı hər hansı tədqiqat institutunun direktorununkundan çoxdur”.

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Doktorantların və gənc tədqiqatçıların XXV Respublika Elmi Konfransında” bildirib.

“Bu, elə-belə nəticə deyil. Son illərdə müəllimlərin işə qəbuluna xüsusi diqqət edilir, qəbul müsabiqə əsasında həyata keçirilir. Artıq müəllimlərin sertifikasiya prosesinə də start verildi və nəticələrə uyğun olaraq əməkhaqqıları artırıldı. Prosesdə ilk iştirak edənlər də ibtidai sinif müəllimləri oldu. 2015-ci ildən etibarən bu istiqamətdə müəyyən addımlar atılır və prosesə davam ediləcək. Beləliklə, biz arzuolunan nəticələr əldə edə bilirik” – nazir qeyd edib.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …