Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Hündürmərtəbələrdən sonra növbə həyət evlərində: Minlərlə insanın problemi həll oluna bilər – AÇIQLAMA

Hündürmərtəbələrdən sonra növbə həyət evlərində: Minlərlə insanın problemi həll oluna bilər – AÇIQLAMA

Prezident İlham Əliyev “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman imzalayıb. 

Sərəncam istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə imzalanıb.

Fərmanda 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi qaydaları müəyyənləşdirilir.

Prezident 2011-ci ildə qanunsuz həyət evlərinin sənədləşdirilməsi prosesinin aparılması haqda da tapşırıq vermişdi. 8 il keçməsinə baxmayaraq bu məsələ hələ də həllini tapmayıb.

Bu problemin həll olunması üçün prezident yeni sərəncam imzalamalıdırmı?

Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Cebhe.info-ya açıqlamasında bildirib ki, həyət evlərinin sənədləşdirilməsi məsələsi hələ də gündəmdədir:

“Bu problemlə bağlı hesablamalar aparılır. Əsas məsələ sakinlərin məskunlaşdırılması, yaşayış yerlərinə köçürülməsidir. İndi dəqiq hesablama aparılır ki, insanların həmin yerlərdən köçürülməsimi, yoxsa yaxın ərazidə məksunlaşdırılmasımı sərfəlidir. Bunlar həll olunduqdan sonra prezident qanunsuz həyət evlərinin sənədləşdirilməsi ilə bağlı sərancam imzalaya bilər”.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …