Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “Hafka” ilə Beynəlxalq Bank arasında mübahisə davam edir

“Hafka” ilə Beynəlxalq Bank arasında mübahisə davam edir

Biznes dairələrində “Hafka” kimi tanınan Hafiz Məmmədovla Azərbaycanın 1 nömrəli bankı arasında məhkəmə çəkişməsi davam edir.

“Yeni Sabah”ın məlumatına görə, “Azərbaycan Beynəlxalq Bankı” ASC “City Bus” MMC və “Baghlan Group FZCO” şirkətini kredit borcunun qaytarılması tələbi ilə Ali Məhkəməyə verib. Mülki iş baxılması üçün hakim Azər Hüseynovun icraatına verilib.

Qeyd edək “Baghlan Group FZCO” şirkəti məşhur iş adamı Hafiz Məmmədova məxsusdur. “Baghlan Group Limited” Azərbaycanın “Bahar” və “Qum dəniz” yataqlarını işləyən “Bahar Energy Ltd.”nin səhm paketinin sahibidə olub. Amma 2014-cü ildə şirkət maliyyə problemi üzündən bu paydan məhrum olub. Ümumiyyətlə isə Hafiz Məmmədov artıq müflis olunmuş iş adamı kimi elan edilib.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …