Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “Filmlə bağlı işin üstünə düşüblər, araşdırma aparılır”

“Filmlə bağlı işin üstünə düşüblər, araşdırma aparılır”

Xəbər verdiyimiz kimi, aktyor Corc Qafarov ötən il İkinci Qarabağ Müharibəsi ilə bağlı çəkilməsi planlaşdırılan filmin təxirə salındığını, səbəbin isə film üçün ayrılan pulların mənimsənilməsi olduğunu iddia edib.
Meydan TV xəbər verir ki, aktyor filmin sifarişçisi ilə bağlı məlumat verməkdən yayınıb.
C. Qafarovun sözlərinə görə, hazırda iş araşdırılır və yaxın zamanda hüquqi qiymət veriləcək.
“Sifarişçinin adını çəkə bilmirəm. Nə yazmışamsa odur, artıq-əskik danışa bilməyəcəyəm. Bəzi açıqlamalar verilib ki, bu işin üstünə düşüblər. İş üzərində güclü araşdırma aparılır. Hər şey yaxşıya doğru dəyişəcək”, – aktyor bildirib.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …