Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Fərid Qayıbovun müavininin qızı Nazirliyin tədbirində “ilin ən yaxşısı” seçildi – Fotolar

Fərid Qayıbovun müavininin qızı Nazirliyin tədbirində “ilin ən yaxşısı” seçildi – Fotolar

Dekabrın 26-da Gənclər və İdman Nazirliyi 2022-ci ilin idman yekunlarına həsr olunmuş qala mərasimi keçirib.
“Buta palas”da təşkil edilən tədbirdə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə üç mərhələli sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi olub.
2022-ci ilin ən yaxşıları sorğusunun yekun nəticələrinə əsasən “2022-ci ilin ən yaxşı məşqçisi” nominasiyasının qalibləri Qurban Qurbanov (“Qarabağ” FK), Aleksandr Tarakanov  (yunan-Roma güləşi) və Siyana Vasileva (bədii gimnastika) olub.
S. Vasileva gənclər və idman naziri Fərid Qayıbovun müavini Mariana Vasilevanın qızıdır.

Nazir müavininin qızının ən yaxşı məşqçilər siyahısında yer alması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …